"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 738
Mina təhlükəsinə dair növbəti təlim keçirilib
Tədbirlər 16 Fevral, 2023

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə Bərdə rayonunun Həsənqaya kəndində 866 mənzilli məcburi köçkün qəsəbəsində mina təhlükəsi mövzusunda maarifləndirici qapı-qapı sessiyaları keçirilib.

 

Sessiyaların keçirilməsində məqsəd işğaldan azad edilmiş ərazilərdə aşkarlana biləcək minalar və digər partlamamış hərbi sursatlar, onlarla davranış qaydaları, təhlükəsizlik tədbirləri, bununla əlaqədar müraciət olunacaq aidiyyəti dövlət qurumları barədə sakinləri məlumatlandırmaqdır.

 

İki gün davam edən təlimlərdə 21 nəfər təlimçi iştirak edib ki, onlardan üçü mina partlayışından zərər görmüş şəxslərdir.  Təlim zamanı ümumilikdə 150-dən çox sakinə maarifləndirici broşürlər paylanılıb, praktiki məşğələlər təşkil edilib.

 

Qeyd edək ki, Dövlət Komitəsi mina təhlükəsinə dair maarifləndirici təlimlərin işğaldan azad edilmiş ərazilərə geri qayıdacaq sakinlər arasında mütəmadi təşkilini nəzərdə tutub.

29 Noyabr, 2024 / Tədbirlər Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması məqsədi ilə tədbir keçirilib
18 Noyabr, 2024 / Tədbirlər “Sülh və Firəvanlıq üçün Ekoloji Körpü” adlı forum keçirilib
08 Oktyabr, 2024 / Tədbirlər Bu il ərzində 24 mindən çox məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb
02 Oktyabr, 2024 / Tədbirlər Vahid aylıq müavinətə dair maarifləndirmə tədbirləri davam etdirilir
26 Sentyabr, 2024 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
18 Sentyabr, 2024 / Tədbirlər Dövlət Komitəsinin statistik və analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb
28 Avqust, 2024 / Tədbirlər Keçmiş məcburi köçkünlər üçün mina təhlükəsinə dair təlimlər keçirilib
09 Avqust, 2024 / Tədbirlər Təlimlərə cəlb olunmuş məcburi köçkün ailəsi mina təhlükəsini necə aradan qaldırdı?
01 Avqust, 2024 / Tədbirlər Dövlət Komitəsi Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə birgə dəyirmi masa təşkil edib
01 Avqust, 2024 / Tədbirlər Füzuliyə yenicə köç edən sakinlərə ilk dəfə mina təhlükəsi ilə bağlı təlim keçirilib
24 İyul, 2024 / Tədbirlər Laçında yaşıl enerji zonasına dəstək tədbiri keçirilib
10 İyul, 2024 / Tədbirlər Məcburi köçkünlərin reinteqrasiyaya hazırlanması birgə əməkdaşlığın prioritet istiqaməti ola bilər
28 İyun, 2024 / Tədbirlər Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimat mərasimi keçirilib
26 İyun, 2024 / Tədbirlər Silahlı Qüvvələr Gününə həsr olunmuş fləşmob
15 İyun, 2024 / Tədbirlər Milli Qurtuluş Günü ilə bağlı fləşmob
05 İyun, 2024 / Tədbirlər Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş fotosərgi təşkil edib
23 May, 2024 / Tədbirlər Dövlət Komitəsində “Şuşa qalası” broşürlar seriyasının təqdimatı keçirilib
21 May, 2024 / Tədbirlər 5000-dən çox keçmiş məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb
17 May, 2024 / Tədbirlər “Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb
09 May, 2024 / Tədbirlər “Bura mənim evimdir” filmi İzmirdə nümayiş olunub