"...The plight of the citizens, expelled from the occupied areas, who have now become refugees and immigrants, is the number one problem for us and a personal priority for me."
XƏBƏRLƏR
Çap et 341
“Mina təhlükəsi” mövzusunda maarifləndirici təlim keçirilib
Tədbirlər 16 December, 2022

Dekabrın 15 və 16-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə Bərdə rayonunun Həsənqaya kəndindəki 866 saylı məcburi köçkün qəsəbəsində yerləşən Ağdam rayon 1 nömrəli tam orta məktəbdə və Tərtər rayon, Şıxarx qəsəbəsi, Ağdam rayon 107 saylı köçkün ümumi orta məktəbində mina təhlükəsi mövzusunda maarifləndirici təlim keçirilib.

 

Təlimin keçirilməsində əsas məqsəd mina və partlamamış hərbi sursatlarla davranış qaydaları, təhlükədən qorunmağın yolları ilə bağlı məktəblilərə məlumat verilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdacaq sakinlərin təhlükəsizliyinin təmin edilməsi, partalamamış hərbi sursatla qarşılaşacaqları təqdirdə aidiyyəti qurumlara müraciətlə bağlı məlumatlılığın artırılmasıdır.

 

Məktəbli, müəllimlər və işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürülməsi nəzərdə tutulan sakinlərin iştirakı ilə təşkil edilmiş maarifləndirici təlimdə məlumat broşürləri paylanıb, praktiki məşğələlər təşkil edilib. Mina partlayışından zərərçəkmiş bir neçə məcburi köçkün və müharibə iştirakçısı  da təlimdə iştirak edib.

 

Sonda şagirdlərə təhlükəsiz davranış qaydaları ilə bağlı məlumatın əks olunduğu broşür, məlumat kitabçası, dəftər və karandaşlar paylanılıb.

17 March, 2023 / Tədbirlər Məcburi köçkünlərin sosial sahibkarlıq brendləri təqdim olunub
16 March, 2023 / Tədbirlər Talış kəndinə 20 ailə köçürülüb
03 March, 2023 / Tədbirlər Ağalıda məskunlaşmış sakinlərin sayı 420-yə çatıb
28 February, 2023 / Tədbirlər Another 10 families were relocated to their native lands
27 February, 2023 / Tədbirlər A presentation of the works carried out on the project of the World Bank regarding IDPs was held
16 February, 2023 / Tədbirlər The next training on mine danger was held
03 February, 2023 / Tədbirlər A board meeting was held in the State Committee
28 January, 2023 / Tədbirlər The next training on mine danger was held
25 January, 2023 / Tədbirlər The presentation ceremony of sustainable and stable community building document and round table discussions
18 January, 2023 / Tədbirlər Blood donation action was held at the State Committee
28 December, 2022 / Tədbirlər Legal assistance provided to IDPs
08 December, 2022 / Tədbirlər Gender zorakılığına qarşı mübarizəyə həsr olunmuş tədbirlər keçirilib
02 December, 2022 / Tədbirlər An educational training was held for the employees of the Committee
18 November, 2022 / Tədbirlər The Korean Embassy carries out support measures for refugees and IDPs
07 November, 2022 / Tədbirlər A social action called “Victory Dreams” was organized
05 November, 2022 / Tədbirlər 30th anniversary of the establishment of the NAP was celebrated
25 October, 2022 / Tədbirlər Legal assistance was provided to the IDPs
21 October, 2022 / Tədbirlər A board meeting was held at the State Committee
14 October, 2022 / Tədbirlər A meeting of the Public Council was held under the State Committee
13 October, 2022 / Tədbirlər International Day of the Girl Child was celebrated in IDP settlements