"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 222
Dövlət Komitəsində Xankəndinin işğal günü ilə bağlı tədbir keçirilib
Tədbirlər 27 Dekabr, 2019

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xankəndi şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

 

Tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, Qarabağ müharibəsi veteranları, əslən Xankəndidən olan ziyalılar və digər qonaqlar iştirak ediblər.

 

Əvvəlcə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən söz açaraq, ermənilərin bu ərazilərə, təxminən, iki yüz il əvvəl köçürüldüklərini, öz havadarlarından dəstək alaraq yerli azərbaycanlı əhaliyə davakar münasibət göstərdiklərini, daim milli zəmində qarşıdurma yaratdıqlarını, vaxtaşırı ərazi iddiası qaldırdıqlarını xatırladıb. Qeyd olunub ki, ötən əsrin 60-70-ci illərində erməni millətçilərinin Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdləri ulu öndər Heydər Əliyevin qətiyyəti nətcəsində puça çıxarılıb, bu niyyətdə olanlar dərhal o dövrün qanunları çərçivəsində cəzalandırılıblar. Dağlıq Qarabağda erməni separatizmi yalnız xalqımızın dahi oğlu siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra baş qaldırıb. Bölgənin mərkəzi şəhəri olan Xankəndi əhalisinə qarşı etnik təmizləmə, əslində, 1989-cu ildən başlanıb. Burada yaşayıb-işləyən azərbaycanlılar təqib edilib, zorla ev-eşiyindən qovulub. 1991-ci il dekabrın 26-dan 28-dək isə etnik təmizləmə və işğal xüsusi amansızlıqla həyata keçirilib, həmin vaxtdan Xankəndi tamamilə separatçıların və Ermənistandan gəlmiş silahlıların əlinə keçib. Dağlıq Qarabağdakı tarixi torpaqlarından didərgin düşən bütün soydaşlarımız kimi Xankəndindən olan məcburi köçkünlər də ağır günlər keçiriblər. Hazırda onlar respublikamızın 38 şəhər və rayonunda məskunlaşaraq, Azərbaycan dövlətininin diqqət və qayğısı ilə əhatə ediliblər.

 

Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini, mənzil məişət şəraitinin yaxşılaşdırılmasını prioritet olaraq müəyyənləşdirib. Məcburi köçkünlərin mənzillə təminatı mərhələli şəkildə aparılır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığına əsasən, öncə qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkünlər mənzillə təmin edilir. Dövlətimizin başçısı yeni ildə də bu sahədə mühüm tədbirlərin görüləcəyini bəyan edib.

 

Daha sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ərazisi işğal edilmiş rayonlardakı şöbələrinin rəhbərləri, Xankəndindən olan ziyalılar və keçmiş döyüşçülər çıxış ediblər. Tədbirdə Xankəndinin və işğal altındakı digər ərazilərin tezliklə azad ediləcəyinə, məcburi köçkünlərimizin yenidən öz doğma torpaqlarına qayıdacaqlarına böyük inam ifadə edilib. Anım tədbiri çıxışlarla davam edib. Sonda Xankəndiyə həsr olunmuş film nümayiş olunub.

 

 

17 Yanvar, 2020 / Tədbirlər Dövlət Komitəsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
17 Yanvar, 2020 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
16 Yanvar, 2020 / Tədbirlər Taxtakörpü ərazisindəki üç yeni qəsəbənin ikisində laçınlı məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb
30 Dekabr, 2019 / Tədbirlər Göygöl rayonunda məcburi köçkünlər üçün yeni məhəllənin açılışı olub
29 Dekabr, 2019 / Tədbirlər Ucarda və Göyçayda məcburi köçkünlər üçün yeni yaşayış binaları istifadəyə verilib
28 Dekabr, 2019 / Tədbirlər Kürdəmirdə 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi istifadəyə verilib
27 Dekabr, 2019 / Tədbirlər Şirvan şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib
25 Dekabr, 2019 / Tədbirlər Məcburi köçkünlərin iştirakı ilə bədii-musiqili tədbir keçirilib
24 Dekabr, 2019 / Tədbirlər Məcburi köçkünlərə 253 vakant iş yeri təklif olunub
19 Dekabr, 2019 / Tədbirlər Dövlətin məqsədi odur ki, “Böyük Qayıdış” proqramı tam olaraq icra olunsun
14 Dekabr, 2019 / Tədbirlər Məcburi köçkünlər arasında futzal turniri keçiriləcək
11 Dekabr, 2019 / Tədbirlər Dövlət Komitəsinin sədri və Almaniyanın ölkəmizdəki səfiri Mingəçevirdə gənclərlə görüşüblər
10 Dekabr, 2019 / Tədbirlər Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
09 Dekabr, 2019 / Tədbirlər “Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərə hüquqi yardım göstərilib
29 Noyabr, 2019 / Tədbirlər 833 məcburi köçkün gəncə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib
19 Noyabr, 2019 / Tədbirlər Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
02 Noyabr, 2019 / Tədbirlər Ağdam rayonunda məcburi köçkünlər üçün tibbi aksiya keçirilir
29 Oktyabr, 2019 / Tədbirlər Dövlət Komitəsi Zəngilanın işğalının 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirib
26 Oktyabr, 2019 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
10 Oktyabr, 2019 / Tədbirlər “Qobu Park-2” üçün ilk püşkatma keçirilib