"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et Arxiv 204
Dövlət Komitəsinin sədri Pirşağıda məcburi köçkünlərlə görüşüb
Görüşlər 06 May, 2019

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Qızılqum”, “Gilavar” sanatoriyası, “Qağayı” və “Gənc geoloqlar” düşərgəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

 

Dövlət Komitəsinin sədri müvəqqəti yaşayış yerlərinə baxıb, buradakı vəziyyətlə tanış olub, məcburi köçkünlərin müraciətlərini dinləyib. Müraciətlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı olub. Məcburi köçkünlərə bir daha bildirilib ki, onların sosial problemlərinin həlli üçün məqsədyönlü, ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırığı ilə respublikanın ayrı-ayrı bölgələrində məcburi köçkünlər üçün müasir tipli yeni qəsəbələr salınır. Hər il minlərlə məcburi köçkün həmin qəsəbələrdəki tam təmirli mənzilərə, evlərə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğı göstərir.

 

Görüş iştirakçılarına izah edilib ki, Bakı şəhərində müvəqqəti qeydiyyatda olan və uzun illərdir ağır şəraitdə yaşayan məcburi köçkünlər paytaxtın ərazisində inşa edilən yaşayış komplekslərində yeni mənzillərə mərhələli şəkildə köçürülürlər. Hazırda Qaradağ və Pirallahı rayonları ərazilərində belə komplekslərin inşası davam etdirilir.

 

Bu il Ramana qəsəbəsində yeni kompleksin inşasına başlanması nəzərdə tutulub.

 

11 İyul, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
11 İyul, 2019 / Görüşlər Dövlət Komitəsində Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı ilə görüş keçirilib
10 İyul, 2019 / Görüşlər Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil
02 İyul, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində muğam müsabiqəsinin qalibləri ilə görüş olub
25 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 İyun, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Kürdəxanıda məcburi köçkünlərlə görüşüb
18 İyun, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
14 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycanda yeni təyin olunmuş rezident nümayəndəsi ilə görüş keçirilib
12 İyun, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
11 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib
29 May, 2019 / Görüşlər Dövlət Komitəsində ABŞ Konqresinin üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib
23 May, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
23 May, 2019 / Görüşlər Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupu Qəbələdə məcburi köçkünlərlə görüşüb
21 May, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
14 May, 2019 / Görüşlər Dövlət Komitəsində “Fuji” humanitar missiyası ilə görüş olub
14 May, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
13 May, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib