"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et Arxiv 204
Vətəndaşların növbəti qəbulu keçirilib
Görüşlər 08 Yanvar, 2019

Yanvarın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə müdirləri və departament direktorları vətəndaşları qəbul ediblər. Qəbula gələnlərin əksəriyyəti, həmişəki kimi, əsasən məcburi köçkün vətəndaşlar olublar. Onlar mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məcburi köçkün statusunun verilməsi, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı müraciətlər ediblər. Vətəndaşlara bildirilib ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır. Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşların normal şəraitlə təmin edilməsini mühüm vəzifə kimi qarşıya qoyub. İndiyədək məcburi köçkünlər üçün yüzdən çox qəsəbə salınıb. Bu məqsədlə yeni yaşayış komplekslərinin tikintisi davam etdirilir. Həyata keçirilən tədbirlər onu göstərir ki, heç bir məcburi köçkün ailəsi dövlətin diqqət və qayğısından kənarda qalmayacaq. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Bakı və Sumqayıtda ən ağır şəraitdə, qəza vəziyyətində olan bina və tikililərdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrası uğurla davam etdirilir. Yeni ildə də məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifah halının yüksəldilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Məcburi köçkünlərin müraciətlərində qaldırılan məsələlərin həlli ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

18 İyun, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
14 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycanda yeni təyin olunmuş rezident nümayəndəsi ilə görüş keçirilib
12 İyun, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
11 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 İyun, 2019 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib
29 May, 2019 / Görüşlər Dövlət Komitəsində ABŞ Konqresinin üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib
23 May, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
23 May, 2019 / Görüşlər Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupu Qəbələdə məcburi köçkünlərlə görüşüb
21 May, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
14 May, 2019 / Görüşlər Dövlət Komitəsində “Fuji” humanitar missiyası ilə görüş olub
14 May, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
13 May, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbərini qəbul edib
07 May, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri ilə görüşüb
07 May, 2019 / Görüşlər Dövlət Komitəsinin Sədri vətəndaşları qəbul edib
06 May, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri Pirşağıda məcburi köçkünlərlə görüşüb
03 May, 2019 / Görüşlər Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru məcburi köçkünlərlə görüşüb
03 May, 2019 / Görüşlər Dövlət Komitəsinin sədri “Qobu Park”da görüş keçirib
02 May, 2019 / Görüşlər Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin direktoru Cocuq Mərcanlıya səfər edib
30 Aprel, 2019 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib