"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 179
Dövlət Komitəsinin sədri Zaqatalada vətəndaşları qəbul edib
Görüşlər 20 Fevral, 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev fevralın 20-də Zaqatalada vətəndaşları qəbul edib.

 

Qəbulda Zaqatala, Qax və Balakən rayonlarından olan vətəndaşlar iştirak ediblər ki, onların da əksəriyyəti həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.

 

Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdışa hazırlıq məsələləri üstünlük təşkil edib.

 

Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda bir daha xatırladılıb. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurd-yuvasına qayıdışının başlanması üçün verdiyi tapşırıqların icra vəziyyəti barədə vətəndaşlara məlumat verilib. Bildirilib ki, məcburi köçkünlər üçün yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha sürətləndiriləcəkdir. Mərhələli qaydada aparılacaq qayıdış zamanı, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanlar yeni mənzillərə köçürüləcəklər.

 

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan digər məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

15 Mart, 2023 / Görüşlər Talış kəndinə köçürüləcək ailələrlə görüş keçirilib
14 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
28 Fevral, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2023 / Görüşlər Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Dövlət Komitəsində olub
22 Fevral, 2023 / Görüşlər Dövlət Komitəsində USAİD-in nümayəndəsi ilə görüş keçirilib
21 Fevral, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Fevral, 2023 / Görüşlər Dövlət Komitəsində Laçın rayonunun Alxaslı kəndinin sakinləri ilə görüş keçirilib
07 Fevral, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Fevral, 2023 / Görüşlər Dövlət Komitəsində gənclərlə görüş keçirilib
01 Fevral, 2023 / Görüşlər Dövlət Komitəsində Zabux və Sus kəndlərinin sakinləri ilə görüş keçirilib
31 Yanvar, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Yanvar, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
27 Yanvar, 2023 / Görüşlər Dövlət Komitəsində Böyük Britaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüş olub
16 Yanvar, 2023 / Görüşlər Dövlət Komitəsində Henri Cekson cəmiyyətinin elmi işçisi, Kiyev-Mohyla Akademiyasının Milli Universitetinin professoru ilə görüş keçirilib
30 Dekabr, 2022 / Görüşlər Dövlət Komitəsində məcburi köçkün idmançılarla görüş olub
27 Dekabr, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Dekabr, 2022 / Görüşlər Dövlət Komitəsində məcburi köçkün yeniyetmələrlə görüş keçirilib
20 Dekabr, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib