"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 346
Gender zorakılığına qarşı mübarizəyə həsr olunmuş tədbirlər keçirilib
Tədbirlər 08 Dekabr, 2022

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əməkdaşlığı, Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) dəstəyi ilə “Cənubi Qafqazda aztəminatlı yerli əhalinin və məcburi köçkünlərin sosial-iqtisadı inkişafı” layihəsi həyata keçirilir. Həmin layihə çərçivəsində Bərdə və Mingəçevirdə Beynəlxalq Zorakılığın Aradan Qaldırılması Uğrunda Mübarizə Günü münasibətilə BMT-nin elan etdiyi “Gender zorakılığına qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş ictimai müzakirə və forum-teatr təşkil olunub.

 

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdə gerçəkləşdirilən tədbirlərdə Dövlət Komitəsinin məsul əməkdaşları və GİZ-in nümayəndələri, yerli sakinlər və mütəxəssislər iştirak ediblər.  

 

Bərdədə yerləşən, Ağdam 1 saylı tam orta məktəbdə gender  zorakılığına qarşı mübarizə mövzusunda keçirilən müzakirələrdə müəllim və şagirdlər Dövlət Komitəsinin gender komandası üzvlərinin, Gənc Psixoloqlar İctimai Birliyinin psixoloq-mütəxəssislərin çıxışlarını maraqla dinləyiblər, müzakirələrdə fikir və mülahizələrini bildiriblər.

 

Tədbir başa çatdıqdan sonra Dövlət Komitəsinin nümayəndələri Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 42 saylı Qalayçılar Kənd Kitabxanasına 1 ədəd kompüter dəsti və 154 nüsxə kitab ianə ediblər. 

 

Sonra Mingeçevir şəhərindəki 504 məcburi köçkün ailəsi üçün salınmış qəsəbədə “Dünyanı Narıncıya Boyayaq” adlı forum-teatr təşkil olunub. Həvəskar gənclərin təqdim etdiyi iki tamaşada məqsəd ictimaiyyətin diqqətini gender zorakılığına qarşı  fəallığa cəlb etmək olub. Formata uyğun olaraq məcburi köçkünlər də forum-teatrda fəal iştirak ediblər. 

 

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş tədbir fəal iştirakçılara sertifikatların verilməsi, həmçinin GİZ-in məcburi köçkün gənclər arasında keçirdiyi fotomüsabiqənin qaliblərinin mükafatlandırılması ilə yekunlaşıb.

17 Mart, 2023 / Tədbirlər Məcburi köçkünlərin sosial sahibkarlıq brendləri təqdim olunub
16 Mart, 2023 / Tədbirlər Talış kəndinə 20 ailə köçürülüb
03 Mart, 2023 / Tədbirlər Ağalıda məskunlaşmış sakinlərin sayı 420-yə çatıb
28 Fevral, 2023 / Tədbirlər Daha 10 ailə doğma yurda köçürüldü
27 Fevral, 2023 / Tədbirlər Dünya Bankının məcburi köçkünlərlə bağlı layihəsi üzrə görülən işlərin təqdimatı keçirilib
16 Fevral, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
03 Fevral, 2023 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Yanvar, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
25 Yanvar, 2023 / Tədbirlər Dayanıqlı və davamlı icma quruculuğu konsepsiya sənədinin təqdimat mərasimi və dəyirmi masa müzakirələri keçirilib
18 Yanvar, 2023 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
28 Dekabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
16 Dekabr, 2022 / Tədbirlər “Mina təhlükəsi” mövzusunda maarifləndirici təlim keçirilib
02 Dekabr, 2022 / Tədbirlər Komitə əməkdaşları üçün maarifləndirici təlim keçirilib
18 Noyabr, 2022 / Tədbirlər Koreya səfirliyi qaçqınlara və məcburi köçkünlərə dəstək tədbirləri həyata keçirir
07 Noyabr, 2022 / Tədbirlər “Zəfər arzuları” adlı sosial aksiya təşkil edilib
05 Noyabr, 2022 / Tədbirlər YAP-ın təsis edilməsinin 30 illiyi qeyd olunub
25 Oktyabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
21 Oktyabr, 2022 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
14 Oktyabr, 2022 / Tədbirlər Dövlət Komitəsi yanında İctimai Şuranın iclası keçirilib
13 Oktyabr, 2022 / Tədbirlər Məcburi köçkün qəsəbələrində Beynəlxalq Qız Övladları Günü qeyd edilib