"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 121
“Zəfər arzuları” sosial aksiyası yekunlaşıb
Tədbirlər 10 Noyabr, 2021

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 44 günlük Vətən müharibəsindəki Qələbəyə həsr etdiyi “Zəfər arzuları” sosial aksiyası  başa çatıb.

 

Aksiyanın məqsədi torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda ötən il aparılan Vətən müharibəsindəki möhtəşəm Zəfərin qazanılmasının mühüm amili kimi birliyimizi və həmrəyliyimizi bir daha nümayiş etdirmək, xalqımıza qürur və qələbə sevinci yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna, müharibə veteranlarına minnətdarlığımızı çatdırmaq, şəhidlərimizin ruhuna ehtiram bildirmək idi. Aksiya iştirakçıları onlara təqdim edilən kiçik ölçülü standart kağız parçalarına arzu və istəklərini yazaraq, iri lövhədə yalnız konturları görünən təsvirin üzərindəki xanalara yapışdırıblar. Sonda üçrəngli Dövlət bayrağımızın rənglərinə boyanmış  “Dəmir yumruq” təsviri yaranıb.  

 

Noyabrın 5-dən 9-na qədər davam edən aksiya paytaxtda gediş-gəlişin gur olduğu Dənizkənarı bulvarın bir neçə yerində və “Zəfər yarmarkası”nda keçirilib. “Dəmir yumruq” təsvirinin üzərinə hər gün yüzlərlə insan yığcam tərzdə öz ürək sözünü yazıb. Aksiyada tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimai fəallar, yerli sakinlər və xarici qonaqlar iştirak ediblər. Onların arasında arzularını Azərbaycan dili ilə yanaşı, ingilis, ərəb, türk, rus dillərində qeyd edənlər də olub.

 

“Zəfər arzuları”nda  “Bizə bu zəfəri yaşadan şəhidlərimizin qarşısında baş əyirik. Allah Azərbaycan Ordusunun qorusun”, “Şəhidlərimizi qürurla anırıq. Borcunuz ödənməz Azərbaycan əsgəri”, “Var olsun, Azərbaycan əsgəri!”, “Qarabağ Azərbaycandır!”, “Şərqi Zəngəzur Azərbaycandır”, “Təşəkkürlər, Azərbaycan Ordusu” və digər bu kimi vətənpərvər ruhlu qeydlər çoxluq təşkil edib.

 

Tədbirdə iştirak edən ziyalılar Zəfər günü ərəfəsində belə bir tədbirin təşkil edilməsini gözəl təşəbbüs adlandırıb.

 

“Zəfər arzuları” lövhəsinin, üzərindəki qeydlərlə birlikdə, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində yaradılacaq Zəfər Muzeyi abidə-kompleksinə təqdim olunması nəzərdə tutulur.

11 Noyabr, 2021 / Tədbirlər Məcburi köçkünlərə dəstək tədbiri keçirilib
05 Noyabr, 2021 / Tədbirlər “Zəfər arzuları” adlı sosial aksiya keçirilib
09 Oktyabr, 2021 / Tədbirlər Dövlət Komitəsinin sədr müavini BMT-nin tədbirində çıxış edib
27 Sentyabr, 2021 / Tədbirlər Bölgələrdəki nümayəndəliklər şəhidlərin xatirəsini yad ediblər
27 Sentyabr, 2021 / Tədbirlər Dövlət Komitəsində şəhidlərin xatirəsi yad olunub
30 İyun, 2021 / Tədbirlər Şəhidlərin xatirəsi əbədiləşdirilib
25 İyun, 2021 / Tədbirlər Məcburi köçkünlər və jurnalistlər üçün mina təhlükəsinə dair təlim təşkil edilib
23 İyun, 2021 / Tədbirlər Şəhid dövlət qulluqçusunun məzarı ziyarət olunub
03 İyun, 2021 / Tədbirlər Mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə yekun vurulub
02 İyun, 2021 / Tədbirlər Tərtərdə mina təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib
01 İyun, 2021 / Tədbirlər Mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə başlandı
27 May, 2021 / Tədbirlər Respublika Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
26 Aprel, 2021 / Tədbirlər Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib
22 Aprel, 2021 / Tədbirlər Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib
13 Mart, 2021 / Tədbirlər İnklüziv sosial inkişaf və sosial təminat üzrə alt İşçi Qrupunun iclası keçirilib
11 Mart, 2021 / Tədbirlər Füzuli rayonunda məcburi köçkünlərə yeni evlər verilib
04 Mart, 2021 / Tədbirlər İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
17 Fevral, 2021 / Tədbirlər Qaradağlı faciəsinin 29-cu ildönümü qeyd edilib
01 Fevral, 2021 / Tədbirlər Gənclər günü münasibəti ilə videokonfrans keçirilib
21 Yanvar, 2021 / Tədbirlər Dövlət Komitəsinin sədri Vətən Müharibəsi iştirakçısı olan əməkdaşlarla görüşüb