"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 387
Dövlət Komitəsində BMT-nin rezident əlaqələndiricisi ilə görüş olub
Görüşlər 09 İyun, 2021

İyunun 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

 

Görüşdə bildirilib ki, ötən ilin payızında Azərbaycan təcavüzkar Ermənistana qarşı apardığı 44 günlük Vətən müharibəsində öz ərazilərini işğaldan azad edib, nəticədə məcburi köçkünlərin daimi yaşayış yerlərinə geri qayıtması üçün şərait yaranıb. Onların könüllü və təhlükəsiz şəraitdə, ləyaqətlə doğma yurda qayıdışını təmin etmək məqsədi ilə işğaldan azad edilmiş ərazilərin minalardan və partlayıcı qalıqlardan təmizlənməsi istiqamətində iş aparılır. Həmçinin, diqqətə çatdırılıb ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi bu prosesin uzanmasına və insan itkilərinə səbəb olur. Bir neçə gün öncə Azərbaycan Dövlət televiziyasının əməkdaşı Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTac) əməkdaşı Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

 

Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur qurulacaq, məcburi köçkünlər üçün müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda olduğundan da gözəl qəsəbələr salınacaq. Qayıdış prosesində beynəlxalq təşkilatlarla əməkdaşlıq, BMT təsisatları ilə birgə fəaliyyət  mühüm əhəmiyyət kəsb edir. Azərbaycan, Ermənistan, Rusiya liderlərinin 9/10 noyabr 2020-ci il tarixli birgə Bəyanatında əhalinin geri qayıdışı zamanı da BMT QAK-la əməkdaşlığın vacibliyi qeyd edilib.

 

Prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı həyata keçirdiyi dövlət siyasətinə bir daha diqqət çəkilib. Həmçinin, qeyd edilib ki, münaqişənin ilk illərində ümummilli lider Heydər Əliyevin müraciəti əsasında beynəlxalq təşkilatların, eləcə də BMT təsisatlarının yardımı nəticəsində Azərbaycan humanitar fəlakətdən xilas olub.

 

Tərtər rayonunun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində Qulam İshaqzainin də iştirakı ilə  9 iyul 2019-cu ildə keçirilmiş “Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil” adlı BMT qurumları ilə birgə təşkil olunmuş tədbir məmnunluqla xatırlanıb. 

 

Diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilmiş görüşdə sədr Qulam İshaqzaiyə gələcək fəaliyyətində uğurlar arzulayıb. BMT təsisatlarının əhalinin həssas kateqoriyalarından biri olan məcburi köçkünlərlə bağlı keçirilən layihələrinə görə təşəkkür bildirilib.

 

BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai səmimi qəbula görə təşəkkür edib. Dövlət Komitəsinin sədri onu bərpa-quruculuq işlərindən sonra işğaldan azad edilmiş ərazilərə dəvət edib.

22 Sentyabr, 2021 / Görüşlər Dövlət Komitəsində ingiltərəli jurnalistlə görüş olub
20 Sentyabr, 2021 / Görüşlər Dövlət Komitəsində İsveç Krallığında fəaliyyət göstərən bir qrup jurnalistlə görüş keçirilib
25 Avqust, 2021 / Görüşlər Dövlət Komitəsində bir qrup əcnəbi jurnalistlə görüş olub
10 Avqust, 2021 / Görüşlər Dövlət Komitəsində israilli jurnalistlərlə görüş keçirilib
03 Avqust, 2021 / Görüşlər Dövlət Komitəsində Böyük Britaniyalı siyasətçi ilə görüş keçirilib
27 İyul, 2021 / Görüşlər Dövlət Komitəsində AŞPA nümayəndə heyəti ilə görüş keçirilib
27 İyul, 2021 / Görüşlər Dövlət Komitəsinin sədri fransalı jurnalistlərlə görüşüb
27 İyul, 2021 / Görüşlər Dövlət Komitəsində “Azİz”in rəhbəri ilə görüş keçirilib
23 İyul, 2021 / Görüşlər Dövlət Komitəsinin sədri Türkiyənin ölkəmizdə yeni fəaliyyətə başlayan səfiri ilə görüşüb
17 İyul, 2021 / Görüşlər Dövlət Komitəsində Türkiyədən gələn qonaqlarla görüş keçirilib
08 İyul, 2021 / Görüşlər Dövlət Komitəsində İsraildən gəlmiş qonaqlarla görüş olub
30 İyun, 2021 / Görüşlər İctimai Şuranın üzvləri məcburi köçkünlərlə görüşüblər
16 İyun, 2021 / Görüşlər Əfqanıstanlı diplomatlara Böyük Qayıdış haqqında məlumat verilib
16 İyun, 2021 / Görüşlər Zəngilanın Ağalı kənd sakinlərinin Qayıdışla bağlı təklifləri öyrənilib
14 İyun, 2021 / Görüşlər Dövlət Komitəsinin sədri Azərbaycanda səfərdə olan Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb
11 İyun, 2021 / Görüşlər Dövlət Komitəsində Böyük Britaniya və Avstraliyadan olan nümayəndə heyəti qəbul edilib
10 İyun, 2021 / Görüşlər Dövlət Komitəsində Avropa Komissiyasının eksperti ilə görüş keçirilib
09 İyun, 2021 / Görüşlər Məcburi köçkünlərin mütləq əksəriyyəti öz daimi yaşayış yerlərinə qayıtmaq niyyətindədir
03 İyun, 2021 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
08 May, 2021 / Görüşlər İctimai Şuranın növbəti iclası keçirilib