"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1706
Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini gələcək illərdə daha da genişləndirəcək
Görüşlər 26 Noyabr, 2020

Noyabrın 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Koreya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Kim Tonq Opla görüşüb.

 

Görüşdə Ermənistanın işğalçılıq siyasəti, onun ağır nəticələrinin aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı mövcud vəziyyət, məcburi köçkünlər üçün tikilmiş qəsəbələrin artilleriya hücumu ilə dağıdılması, qaçqınların və məcburi köçkünlərin işğaldan azad edilən ərazilərə qayıtması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd olunub ki, Ermənistanın 1988-93-cü illərdə həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində doğma yurdlarını tərk etməyə məcbur olmuş 1 milyondan çox həmvətənimiz respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşıb. Prezident İlham Əliyev məcburi köçkünlərə hər zaman diqqət və qayğı göstərir. Bu kateqoriyadan olan soydaşlarımızın sosial problemlərinin həlli ilə bağlı dövlət başçısının müəyyənləşdirdiyi prioritet vəzifələr ardıcıllıqla yerinə yetirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva da məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşır, onun rəhbərliyi ilə böyük layihələr həyata keçirilir.

 

Görüşdə Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusunun sentyabrın 27-dən noyabrın 10-dək apardığı əks-həmlə əməliyyatı haqqında məlumat verilib. Bildirilib ki, bu əməliyyat nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Qeyd olunub ki, Ermənistan, Azərbaycan və Rusiya dövlət rəhbərlərinin Qarabağda silahlı münaqişənin dayandırılması məqsədilə imzaladıqları bəyanatda təsbit olunan tədbirlərin icrası azərbaycanlı məcburi köçkünlərin tarixən xalqımıza məxsus olan torpaqlara, oradakı ata-baba yurdlarına qayıtmasına şərait yaradır. Ölkə prezidentinin sərəncamlarına uyğun işlər aparılır, bu işlər bitdikdən sonra məcburi köçkünlər öz torpaqlarına qaytarılacaqlar.

 

Səfir Kim Tonq Op Koreyanın da bölünmə tarixini yaşadığından 10 milyona yaxın qaçqının olduğunu və bu səbəbdən qaçqın və məcburi köçkünlərin çətinliklərini çox yaxşı başa düşdüyünü qeyd edib. Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 2014-cü ildən başlayaraq hər il Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz torpaqlarından didərgin düşmüş şəxslərə dəstək tədbirləri həyata keçirir. 2019-cu ildə Qaradağ rayonunda yerləşən məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park” yaşayış kompleksinə səfər edərək sakinlər üçün könüllü tibbi xidmət, şagirdlər arasında inşa müsabiqəsi, məktəbin texniki avadanlıqlarla təmini, məcburi köçkün ailəsinə ziyarət kimi dəstək tədbirləri təşkil edib. Bu il pandemiya ilə əlaqədar olaraq yardım məhsullarının təminatı ilə kifayətlənməli olublar. 

 

Daha sonra “2020-ci il Qaçqın və Məcburi Köçkünlərə Dəstək Tədbiri” çərçivəsində qaçqın və məcburi köçkünlərə çatdırılacaq yardım məhsullarını təqdimatı keçirilib.

 

Səfirə məcburi köçkünlərə dəstək məqsədi ilə keçirilən tədbirlərə görə təşəkkür edilib və nəzərə çatdırılıb ki, bu yardım rayonlarda yaşayan məcburi köçkün ailələrinə paylanacaq. 

 

Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi  məcburi köçkünlərə dəstək tədbirlərini gələcək illərdə daha da genişləndirməyi planlaşdırır.

26 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub
25 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib
16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib