"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 810
Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı 05 December, 2025

5 dekabr 2025-ci il, saat 03:20 radələrində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Qobu Park-1” yaşayış kompleksinin 4-cü binasının 7-ci mərtəbəsindəki 78-ci mənzildə yanğın baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Nazirliyin əraziyə gələn müvafiq bölmələri qısa müddətdə alovu söndürərək, yanğının digər mənzillərə keçməsinin qarşısını alıblar.

Yanğınla əlaqədar, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və komitənin aidiyyəti struktur bölmələrin rəhbərləri hadisə yerində olublar.

İlkin araşdırma nəticəsində müəyyən edilib ki, yanğın Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib. Yanğın nəticəsində meydana gələn qatı tüstü nəticəsində binanın 9-cu mərtəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci  mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.

Vəfat edənlərin ailə üzvlərinin verdiyi məlumata görə, Yusif Hüseynov Bakı şəhəri, Xəzər rayonu Qala qəbirstanlığı, Zülfiyyə Yusifova və övladları isə doğulduğu Gədəbəy rayonunda dəfn olunacaqlar.

Yanğının söndürülməsi zamanı müvəqqəti yaşayış sahələri zərər görən ailələrin yerləşdirilməsi üçün Dövlət Komitəsi tərəfindən tədbirlər görülür.

Baş vermiş yanğınla bağlı aidiyyəti qurum tərəfindən cinayət işi başlanıb. 

İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaq.

Dövlət Komitəsinin rəhbərliyi baş vermiş yanğında həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

 

21 April, 2026 / Mətbuat xidmətinin məlumatı The relocation convoy has arrived in the Girmizi Bazar settlement of Khojavend district
21 April, 2026 / Mətbuat xidmətinin məlumatı Another relocation convoy reaches Aghdam city
21 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to to the Girmizi Bazar settlement of Khojavend
21 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 92 more families to Aghdam city
17 April, 2026 / Mətbuat xidmətinin məlumatı Citizens can now send and receive official letters to the State Committee digitally via ‘MyGov’
15 April, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Aghdam city have been informed about social protection measures and mine safety.
14 April, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrive in Aghdara and Khojaly districts
14 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates former IDPs to Aghdara and Khojaly districts
14 April, 2026 / Mətbuat xidmətinin məlumatı Happy childhood in the native homeland
10 April, 2026 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
09 April, 2026 / Mətbuat xidmətinin məlumatı In Lachin, nature delights the eyes with its beauty.
07 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 46 more families to Khojavend
07 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to Khojavend
02 April, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrive in Kalbajar
02 April, 2026 / Mətbuat xidmətinin məlumatı Zabukh: A village just like a city...
02 April, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: Azerbaijan relocates another group of residents to Kalbajar city
31 March, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 46 more families to Khojavend
31 March, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to Khojavend
19 March, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 46 more families to Khojavend
19 March, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return to the liberated territories continues