"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 885
Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı 05 Dekabr, 2025

5 dekabr 2025-ci il, saat 03:20 radələrində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Qobu Park-1” yaşayış kompleksinin 4-cü binasının 7-ci mərtəbəsindəki 78-ci mənzildə yanğın baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Nazirliyin əraziyə gələn müvafiq bölmələri qısa müddətdə alovu söndürərək, yanğının digər mənzillərə keçməsinin qarşısını alıblar. Yanğınla əlaqədar, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və komitənin aidiyyəti struktur bölmələrin rəhbərləri hadisə yerində olublar. İlkin araşdırma nəticəsində müəyyən edilib ki, yanğın Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib. Yanğın nəticəsində meydana gələn qatı tüstü nəticəsində binanın 9-cu mərtəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Yusifov Əkrəm Əşrəf oğlunun həyat yoldaşı 1998-ci il təvəllüdlü Yusifova Zülfiyyə Ramiq qızı və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci  mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər. Vəfat edənlərin ailə üzvlərinin verdiyi məlumata görə, Yusif Hüseynov Bakı şəhəri, Xəzər rayonu Qala qəbirstanlığı, Zülfiyyə Yusifova və övladları isə doğulduğu Gədəbəy rayonunda dəfn olunacaqlar.Yanğının söndürülməsi zamanı müvəqqəti yaşayış sahələri zərər görən ailələrin yerləşdirilməsi üçün Dövlət Komitəsi tərəfindən tədbirlər görülür. Baş vermiş yanğınla bağlı aidiyyəti qurum tərəfindən cinayət işi başlanıb. İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaq.

Dövlət Komitəsinin rəhbərliyi baş vermiş yanğında həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

 

08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb
08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Xocavənd rayonuna çatıb
08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Şuşanın Kiçik Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə ilk köç karvanları yola salınıb
07 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı “Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkünlər arasında sorğu layihəsinə start verilib
07 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
07 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
06 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
06 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
01 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinin və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
30 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Milli Məclis məcburi köçkünlərin statusuna dair yeni qanun layihəsini təsdiqləyib
25 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə çatıb
25 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Xankəndi şəhəri, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərə rayonlarına 237 nəfər köçdü
23 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
22 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç olub
19 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xankəndi şəhərinə çatıb
19 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib
17 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
17 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib