"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 644
Sabir Əhmədov: “Məcburi köçkünlərin geri qayıdışının müasir modeli yaranır”
Mətbuat xidmətinin məlumatı 07 October, 2025

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin oktyabrın 6-da Cenevrə şəhərində öz işinə başlamış 76-cı sessiyasında iştirak edir.

Sessiyada çıxış edən Sabir Əhmədov Ermənistanın deportasiya və işğalçılıq siyasəti, bu siyasətin tarixi kökləri və ağır nəticələri qaçqın və məcburi köçkünlərin üzləşdikləri mərhumiyyətlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, Ermənistan işğalçı hərbi qüvvələrini Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmaq barədə beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri 30 ilə yaxın müddətdə yerinə yetirməyib. Buna görə də Azərbaycan 2020-ci ildə 44 gün, 2023-cü ildə isə 1 gün ərzində zəruri hərbi əməliyyatlar apararaq, özünün ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməli olub. 

İşğalın ilk illərində Azərbaycanda qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsinin, qida, tibbi yardım, sosial-məişət ehtiyaclarının təmin edilməsinin böyük çətinliklər yaratdığı, amma hökumətimizin öz imkanlarını maksimum dərəcədə səfərbər etdiyi, həmçinin beynəlxalq təşkilatlardan yardım və dəstək aldığı diqqətə çatdırılıb. Ermənistanın işğal etdiyi ərazilərdə infrastruktur obyektlərini tamamilə dağıtdığı, milli-mədəni irsimizi məhv etdiyi, təbii sərvətlərimizi taladığı, iqtisadiyyata ağır zərər vurduğu bildirilib.

Hazırda Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunmuş məcburi köçkünlərin rahat, təhlükəsiz və ləyaqətlə geri qayıdışı üçün imkanların səfərbər edildiyi deyilib. Köçkünlüyün ilk illərində olduğu kimi, geri qayıdış zamanı da bərpa-quruculuq işləri, əhalinin məşğulluğunun təmin edilməsi və digər işləri Azərbaycan dövləti, əsasən, öz imkanları hesabına həyata keçirir.

Qeyd edilib ki, işğal dövründə Azərbaycan ərazilərini Ermənistanın mina və partlamamış hərbi sursatlarla çirkləndirməsi, əhalinin geri qayıdışına ciddi maneə yaradır. Buna görə də, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi qayıdışın prioritet istiqaməti kimi müəyyənləşdirilib.

Böyük Qayıdışın başlandığı 2022-ci ildən indiyədək işğaldan azad edilmiş 28 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin köçürülməsi həyata keçirilib. Hazırda Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində, ümumilikdə, 50 mindən çox insan yaşayır. İnfrastruktur tamamilə yenidən qurulur. Geri qayıdan əhali müasir tələblərə cavab verən ev və mənzillərlə təmin olunur. Bir ali məktəb, hər bir yaşayış məntəqəsində orta təhsil müəssisəsi, bağça, tibb məntəqəsi, icma mərkəzi yaradılır. İnfrastrukturun bərpası ilə yanaşı əhalinin yeni yaşayış şəraitinə adaptasiyası və iqtisadi fəaliyyətə reinteqrasiyası, məşğulluq imkanlarının artırılması üçün məqsədyönlü işlərin görülməsinin də həyata keçirilən tədbirlər arasında mühüm yer tutduğu bildirilib.

Vurğulanıb ki, ölkə başçısının sərəncamı ilə 2027-2030-cu illəri əhatə edən Böyük Qayıdışa dair ikinci Dövlət Proqramının hazırlanmasına başlanılıb. Proqramda işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması üçün effektiv tədbirlər öz əksini tapacaq. Azərbaycan məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıdışının hərtərəfli düşünülmüş yeni, müasir modelini yaradır. 

12 August, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Aghdara and Khojaly districts informed about social protection measures and mine safety
12 August, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış prosesinə kölgə salmaq cəhdləri: Əsassız iddialar və reallıqlar
11 August, 2026 / Mətbuat xidmətinin məlumatı The next reception of citizens was held in the State Committee
06 August, 2026 / Mətbuat xidmətinin məlumatı Unified Monthly Allowance: Why Is the Parents’ Status Important?
05 August, 2026 / Mətbuat xidmətinin məlumatı 27 more families relocated to Khojavend receive keys to new homes
05 August, 2026 / Mətbuat xidmətinin məlumatı Another Resettlement Convoy Departs for Khojavand City, Girmizi Bazar Settlement, and Khojavand Village
04 August, 2026 / Mətbuat xidmətinin məlumatı State Committee responds to claims spread on social media
31 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Khojavend city informed about social protection measures and mine safety
31 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı The New Generation of Aghdam
28 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Residents expresses satisfaction with the living conditions established in the village of Badara, Khojaly
27 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Chairman of the State Committee Holds Citizens' Reception in Oghuz
27 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı
24 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Another group of families resettled in Jabrayil's Shukurbeyli village
24 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates another group of residents to Khojaly and Aghdara
24 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Another group of former IDPs returns to Jabrayil, Aghdara and Khojaly
20 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of the villages of Badara, Khanabad, Tazabina and Dashbulag in Khojaly district have been informed about social protection measures and mine safety
17 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Cabinet of Ministers discusses preparations for Azerbaijan’s 2029 population census
16 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Mine risk awareness session held in Baharli Settlement of Aghdam
16 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrived in the village of Shukurbeyli in Jabrayil district
16 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 52 people returned to the village of Shukurbeyli in Jabrayil district