"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 618
Sabir Əhmədov: “Məcburi köçkünlərin geri qayıdışının müasir modeli yaranır”
Mətbuat xidmətinin məlumatı 07 Oktyabr, 2025

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin oktyabrın 6-da Cenevrə şəhərində öz işinə başlamış 76-cı sessiyasında iştirak edir.

Sessiyada çıxış edən Sabir Əhmədov Ermənistanın deportasiya və işğalçılıq siyasəti, bu siyasətin tarixi kökləri və ağır nəticələri qaçqın və məcburi köçkünlərin üzləşdikləri mərhumiyyətlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, Ermənistan işğalçı hərbi qüvvələrini Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmaq barədə beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri 30 ilə yaxın müddətdə yerinə yetirməyib. Buna görə də Azərbaycan 2020-ci ildə 44 gün, 2023-cü ildə isə 1 gün ərzində zəruri hərbi əməliyyatlar apararaq, özünün ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməli olub. 

İşğalın ilk illərində Azərbaycanda qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsinin, qida, tibbi yardım, sosial-məişət ehtiyaclarının təmin edilməsinin böyük çətinliklər yaratdığı, amma hökumətimizin öz imkanlarını maksimum dərəcədə səfərbər etdiyi, həmçinin beynəlxalq təşkilatlardan yardım və dəstək aldığı diqqətə çatdırılıb. Ermənistanın işğal etdiyi ərazilərdə infrastruktur obyektlərini tamamilə dağıtdığı, milli-mədəni irsimizi məhv etdiyi, təbii sərvətlərimizi taladığı, iqtisadiyyata ağır zərər vurduğu bildirilib.

Hazırda Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunmuş məcburi köçkünlərin rahat, təhlükəsiz və ləyaqətlə geri qayıdışı üçün imkanların səfərbər edildiyi deyilib. Köçkünlüyün ilk illərində olduğu kimi, geri qayıdış zamanı da bərpa-quruculuq işləri, əhalinin məşğulluğunun təmin edilməsi və digər işləri Azərbaycan dövləti, əsasən, öz imkanları hesabına həyata keçirir.

Qeyd edilib ki, işğal dövründə Azərbaycan ərazilərini Ermənistanın mina və partlamamış hərbi sursatlarla çirkləndirməsi, əhalinin geri qayıdışına ciddi maneə yaradır. Buna görə də, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi qayıdışın prioritet istiqaməti kimi müəyyənləşdirilib.

Böyük Qayıdışın başlandığı 2022-ci ildən indiyədək işğaldan azad edilmiş 28 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin köçürülməsi həyata keçirilib. Hazırda Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində, ümumilikdə, 50 mindən çox insan yaşayır. İnfrastruktur tamamilə yenidən qurulur. Geri qayıdan əhali müasir tələblərə cavab verən ev və mənzillərlə təmin olunur. Bir ali məktəb, hər bir yaşayış məntəqəsində orta təhsil müəssisəsi, bağça, tibb məntəqəsi, icma mərkəzi yaradılır. İnfrastrukturun bərpası ilə yanaşı əhalinin yeni yaşayış şəraitinə adaptasiyası və iqtisadi fəaliyyətə reinteqrasiyası, məşğulluq imkanlarının artırılması üçün məqsədyönlü işlərin görülməsinin də həyata keçirilən tədbirlər arasında mühüm yer tutduğu bildirilib.

Vurğulanıb ki, ölkə başçısının sərəncamı ilə 2027-2030-cu illəri əhatə edən Böyük Qayıdışa dair ikinci Dövlət Proqramının hazırlanmasına başlanılıb. Proqramda işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması üçün effektiv tədbirlər öz əksini tapacaq. Azərbaycan məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıdışının hərtərəfli düşünülmüş yeni, müasir modelini yaradır. 

08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb
08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Xocavənd rayonuna çatıb
08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Şuşanın Kiçik Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə ilk köç karvanları yola salınıb
07 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı “Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkünlər arasında sorğu layihəsinə start verilib
07 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
07 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
06 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
06 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
01 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinin və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
30 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Milli Məclis məcburi köçkünlərin statusuna dair yeni qanun layihəsini təsdiqləyib
25 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə çatıb
25 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Xankəndi şəhəri, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərə rayonlarına 237 nəfər köçdü
23 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
22 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç olub
19 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xankəndi şəhərinə çatıb
19 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib
17 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
17 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib