"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 1408
Qubada keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
Görüşlər 30 September, 2025

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sentyabrın 30-da Quba rayonunda vətəndaşları qəbul edib. Qəbulda, əsasən Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, Böyük Qayıdışla və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib. Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının prioritet istiqamət olduğu, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda vətəndaşlara bir daha xatırladılıb. Qeyd edilib ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə onların işğaldan azad edilmiş ərazilərə, doğma yurda qayıdışını sürətləndirmək, orada təhlükəsiz və layiqli həyat şəraiti yaratmaqdır. Qayıdış prosesinin uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə ilk növbədə müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanların köçürülməsinə üstünlük verildiyi onların diqqətinə çatdırılıb. Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib. 

 

 

 

17 February, 2026 / Görüşlər The first meeting of the Public Council this year has been held
10 February, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
03 February, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
29 January, 2026 / Görüşlər The Chairman of the State Committee received citizens in Goychay
28 January, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 January, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 January, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 December, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 December, 2025 / Görüşlər Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib
23 December, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 December, 2025 / Görüşlər İmişlidə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
09 December, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 November, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 November, 2025 / Görüşlər Biləsuvarda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
07 November, 2025 / Görüşlər Dövlət Komitəsində Zəfərin beşinci ildönümünə həsr olunmuş görüş keçirilib
04 November, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
28 October, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
28 October, 2025 / Görüşlər Diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıb
27 October, 2025 / Görüşlər Kürdəmirdə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 October, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib