"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 635
Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
Mətbuat xidmətinin məlumatı 23 JUNE, 2025

23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Komitə sədri Rövşən Rzayev dövlət qulluqçularını əlamətdar gün münasibətilə təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin “Dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyət və insanlara xidmət imkanıdır” fikrini xatırladaraq bildirib ki, dövlət qulluğu vətəndaşlara xidmət missiyasını daşıyır və yüksək peşəkarlıq tələb edir. Sədr çıxışında Komitənin fəaliyyət sahəsi olan qaçqınlar və məcburi köçkünlərlə işin xüsusi əhəmiyyətindən danışıb. Bildirilib ki, bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri Böyük Qayıdış prosesidir. Həmin prosesin uğurla reallaşdırılması üçün Komitənin əməkdaşlarına ciddi vəzifələr düşür və hər bir dövlət qulluqçusu bu istiqamətdə yüksək məsuliyyətlə çalışmalıdır. Tədbirdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərin həllinə xüsusi diqqət və qayğısı dərin minnətdarlıq hissi ilə qeyd edilib. Eyni zamanda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 3 əməkdaşı - Zeynalov Təbriz Əmirxan oğlu, Xələfova Şəhla Əvəz qızı və Həsənova Sevgili Mehdi qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar. Təltif edilən şəxslər onlara etimad göstərildiyi və fəaliyyətləri ali səviyyədə qiymətləndirildiyi üçün dövlət başçısına təşəkkür edib, gələcək işlərini daha da səmərələri və effektiv quracaqlarını qeyd ediblər. Daha sonra Komitənin sosial media fəaliyyətində fəallıq göstərən bir qrup əməkdaşa təşəkkürnamələr təqdim edilib. Sonda çıxış edən digər dövlət qulluqçuları həmkarlarını peşə bayramı münasibətilə təbrik edib, yaradılan iş şəraitinə və göstərilən etimada görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər. 

 

 

12 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərlə bağlı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirə olunub
12 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 59 people relocated to Hadrut and Girmizi Bazar settlements in Khojavend district
08 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Khojavand district informed about social protection measures and mine safety
03 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov: Təqdim olunan dəyişikliklər məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin olunmasına xidmət edir
26 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrive in Aghdam city
26 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Təbiətin Kəlbəcər səsi...
26 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 417 people returned to the city of Aghdam
25 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrived in the village of Boyuk Galadere in Shusha district
25 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrived in the village of Shukurbeyli in Jabrayil district
25 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı A first convoy of displaced families has been sent to Boyuk Galadarasi village in Shusha
25 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 535 people returned to the village of Shukurbeyli in Jabrayil district
22 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Huseynov speaks at WUF13 on the impact of the mine threat on the Great Return process
22 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç olub
21 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Aghdam city and the village of Shukurbeyli in Jabrayil district informed about social protection measures and mine safety
21 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrived in the village of Shukurbeyli in Jabrayil district
21 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 165 people returned to the village of Shukurbeyli in Jabrayil district
20 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Huseynov: “New resettlement plans approved for the liberated territories”
19 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı A meeting held at the State Committee with representatives of the Azerbaijan Red Crescent Society and the IFRC Azerbaijan Delegation
19 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Khojaly and Shusha informed about social protection measures and mine safety
16 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrived in the village of Badara, Tazabina, Khanabad, Ballija, Khanyurdu, and Dashbulag in Khojaly district