"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 678
Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib
Mətbuat xidmətinin məlumatı 23 İyun, 2025

23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Komitə sədri Rövşən Rzayev dövlət qulluqçularını əlamətdar gün münasibətilə təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin “Dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyət və insanlara xidmət imkanıdır” fikrini xatırladaraq bildirib ki, dövlət qulluğu vətəndaşlara xidmət missiyasını daşıyır və yüksək peşəkarlıq tələb edir. Sədr çıxışında Komitənin fəaliyyət sahəsi olan qaçqınlar və məcburi köçkünlərlə işin xüsusi əhəmiyyətindən danışıb. Bildirilib ki, bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri Böyük Qayıdış prosesidir. Həmin prosesin uğurla reallaşdırılması üçün Komitənin əməkdaşlarına ciddi vəzifələr düşür və hər bir dövlət qulluqçusu bu istiqamətdə yüksək məsuliyyətlə çalışmalıdır. Tədbirdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərin həllinə xüsusi diqqət və qayğısı dərin minnətdarlıq hissi ilə qeyd edilib. Eyni zamanda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 3 əməkdaşı - Zeynalov Təbriz Əmirxan oğlu, Xələfova Şəhla Əvəz qızı və Həsənova Sevgili Mehdi qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar. Təltif edilən şəxslər onlara etimad göstərildiyi və fəaliyyətləri ali səviyyədə qiymətləndirildiyi üçün dövlət başçısına təşəkkür edib, gələcək işlərini daha da səmərələri və effektiv quracaqlarını qeyd ediblər. Daha sonra Komitənin sosial media fəaliyyətində fəallıq göstərən bir qrup əməkdaşa təşəkkürnamələr təqdim edilib. Sonda çıxış edən digər dövlət qulluqçuları həmkarlarını peşə bayramı münasibətilə təbrik edib, yaradılan iş şəraitinə və göstərilən etimada görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər. 

 

 

08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb
08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Xocavənd rayonuna çatıb
08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Şuşanın Kiçik Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə ilk köç karvanları yola salınıb
07 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı “Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkünlər arasında sorğu layihəsinə start verilib
07 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
07 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
06 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
06 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
01 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinin və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
30 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Milli Məclis məcburi köçkünlərin statusuna dair yeni qanun layihəsini təsdiqləyib
25 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə çatıb
25 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Xankəndi şəhəri, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərə rayonlarına 237 nəfər köçdü
23 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
22 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç olub
19 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xankəndi şəhərinə çatıb
19 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib
17 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
17 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib