"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 1387
Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib
Tədbirlər 14 November, 2025

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün “Qayıdışda əhalinin adaptasiyası ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi” və “Repatriasiyanın hüquqi əsasları” mövzularında növbəti təlimlər həyata keçirilib. Təlimlər Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun şəkildə təşkil olunub və prosesə Komitənin 30-dan çox əməkdaşı cəlb edilib.

Təlimlərdə qeyd olunub ki, Ermənistanın işğalı nəticəsində dağıdılmış Qarabağ və Şərqi Zəngəzur ərazilərində Prezident İlham Əliyevin rəhbərliyi altında bərpa və yenidənqurma işləri intensiv şəkildə davam etdirilir. Bildirilib ki, keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına təhlükəsiz, könüllü və ləyaqətli qayıdışını təmin etmək məqsədilə həmin bölgələrdə zəruri yaşayış və sosial infrastruktur formalaşdırılır və mərhələli şəkildə əhalinin daimi məskunlaşması təmin edilir.

Həmçinin vurğulanıb ki, Böyük Qayıdış prosesinin yüksək effektivliklə təşkil olunması üçün beynəlxalq təcrübənin araşdırılması və yerli şəraitə uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır. Bu çərçivədə qanunvericiliyin tələblərinə əməl olunması, köçürülmə zamanı vətəndaşların iştirakının təmin edilməsi və onların ehtiyaclarının nəzərə alınması əsas prioritetlər sırasında yer alır. Təlim müddətində iştirakçılar bu mövzularla bağlı ətraflı məlumatlandırılıb və onların sualları cavablandırılıb.

Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planında nəzərdə tutulan “Geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xəttin yaradılması və onların adaptasiyası ilə bağlı tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün müvafiq dövlət orqanları əməkdaşlarının peşəkar təlimlərə cəlb olunması” (3.1.5.) fəaliyyət istiqaməti üzrə təlimlərin ardıcıl şəkildə davam etdirilməsi planlaşdırılır. 

28 JULY, 2026 / Tədbirlər Awareness Meetings Held with Former Internally Displaced Persons
28 JULY, 2026 / Tədbirlər State Committee and Azerbaijan Red Crescent Society continue joint mine risk awareness activities
28 JULY, 2026 / Tədbirlər Awareness Meetings Held with Former Internally Displaced Persons
22 JULY, 2026 / Tədbirlər Awareness Meetings Held with Former Internally Displaced Persons
22 JULY, 2026 / Tədbirlər Awareness Meetings Held with Former Internally Displaced Persons
20 JULY, 2026 / Tədbirlər Awareness Meetings Held with Former Internally Displaced Persons
17 JULY, 2026 / Tədbirlər Awareness Meetings Held with Former Internally Displaced Persons
16 JULY, 2026 / Tədbirlər Awareness Meetings Held with Former Internally Displaced Persons
10 JULY, 2026 / Tədbirlər Awareness Meetings Held with Former Internally Displaced Persons
25 JUNE, 2026 / Tədbirlər Awareness Meetings Held with Former Internally Displaced Persons

25 JUNE, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
23 JUNE, 2026 / Tədbirlər Awareness Meetings Held with Former Internally Displaced Persons
18 JUNE, 2026 / Tədbirlər Awareness Meetings Held with Former Internally Displaced Persons

16 JUNE, 2026 / Tədbirlər Awareness Meetings Held with Former Internally Displaced Persons