"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2231
Kürdəxanıda məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərilib
Tədbirlər 17 Fevral, 2020

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış  məhəlləsində pulsuz hüquqi yardım aksiyası keçirib.

 

Dövlət Komitəsinin hüquq sektorunun müdiri Ziya Məmmədov və Bakı şəhər 20 saylı vəkil bürosunun rəhbəri İlhamə Həsənova aksiyada çıxış edərək bildiriblər ki, tədbirin keçirilməsində məqsəd qaçqınların və məcburi köçkünlərin hüquqi maarifləndirilməsi, onlara bu sahədə əməli kömək göstərilməsidir.

 

Qeyd edilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamında aztəminatlı ailələrin keyfiyyətli hüquqi yardıma əlçatanlığının təmin edilməsi mühüm vəzifə kimi qarşıya qoyulub,  Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan belə ailələrə pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib.

 

Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi islahatlar insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasına şərait yaradır. Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunması, qanuni mənafelərinin təmin edilməsi dövlətimizin bu kateqoriyadan olan insanlarla iş sahəsində apardığı siyasətin vacib elementidir. Onlar da, digər vətəndaşlar kimi, şəxsi və ictimai həyatda zəruri hüquqi dəstək tələb edən müxtəlif məsələlərlə üzləşir, bu zaman bəzən maddi imkansızlıqdan peşəkar hüquqşünasların xidmətlərindən istifadə etməyə çətinlik çəkirlər.

 

Aksiyada iştirak edən vəkillər məcburi köçkünlərə onları maraqlandıran məsələlər barədə ətraflı məlumat veriblər. Sonra məcburi köçkünlərin fərdi müraciətləri dinlənilib, sualları cavablandırılıb, həmçinin hüquqi yardıma ehtiyacı olan 100 nəfərə yaxın məcburi köçkünə məsləhət verilib və əməli yardım göstərilib.

 

Aksiya başa çatdıqdan sonra vəkillər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu ilə birgə keçirdiyi “Əsgərə salam” aksiyasına qoşularaq əsgərlərimizə hərbi salam göndəriblər. 

 

Xatırladaq ki, Bakı şəhər 20 saylı vəkil bürosu üzvlərinin iştirakı ilə məcburi köçkünlər üçün ilk pulsuz hüquqi yardım aksiyası iki ay bundan əvvəl Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksində keçirilib. Büro tərəfindən digər məcburi köçkün qəsəbələrində də belə aksiyaların keçirilməsi nəzərdə tutulub.

08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
30 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib