"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2450
Taxtakörpü ərazisindəki üç yeni qəsəbənin ikisində laçınlı məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb
Tədbirlər 16 Yanvar, 2020

Ağcabədi rayonunun Taxtakörpü ərazisində yeni salınmış və ötən ilin sonunda istifadəyə verilmiş 645 ailəlik üç qəsəbənin ikisində Laçından olan məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb.

 

Bu məqsədlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən püşkatma keçirilib.

 

Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələrin salınması müvafiq Dövlət Proqramına Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı ilə edilmiş əlavələrdə nəzərdə tutulub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli Sərəncamı ilə həmin ərazidə 572 hektar torpaq sahəsi ayrılıb. Bunun da 134 hektarında birinci mərhələdə 645 ailə üçün 3 qəsəbə inşa edilib. Yeni qəsəbələrin layihələndirilməsi və tikintisi üzrə sifarişçi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur.

 

Qəsəbələrə Taxtakörpü ərazisindəki Vağazin, Qarakeçdi və Şeylanlı obalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürülür. Yeni salınmış qəsəbələr - Vağazin obasında 256 evdən, Qarakeçdi obasında 245 evdən, Şeylanlı obasında isə 144 evdən ibarətdir. Evlərin hər birinin 0,12 hektar həyətyanı sahəsi var. Üç qəsəbədə, ümumilikdə, bir otaqlı 62, iki otaqlı 260, üç otaqlı 260, dörd otaqlı 63 ev inşa edilib. Hər bir ev fərdi sanitar qovşağı ilə təchiz olunub. Qəsəbələrdə ikisi 192 yerlik, biri isə 108 yerlik olmaqla üç məktəb binası, inzibati bina, tibb məntəqəsi tikilib, müvafiq mühəndis-kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.

 

Yeni qəsəbələrin elektrik təchizatını təmin etmək məqsədi ilə mövcud 330/110/10kV-luq "Ağcabədi" yarımstansiyasının 110 kV-luq Açıq Paylayıcı Qurğularında 110 kV-luq avadanlıqlar dəyişdirilməklə yenidənqurma işləri aparılıb, eyni zamanda, mövcud 110/10 kV-luq "Taxtakörpü" yarımstansiyanın ərazisində 35 kV-luq yeni Qapalı Paylayıcı Qurğu üçün bina tikilib. Qəsəbələrin qidalandırılması üçün 35 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilib, 35/10 kV-luq yeni qapalı yarımstansiya inşa edilib, 6,3 MVA gücündə iki transformator, bundan əlavə, 400 kVA gücündə 10/0.4 kV-luq 11 ədəd komplekt transformator yarımstansiyası quraşdırılıb. Qəsəbələrin ərazisinin işıqlandırılması təmin olunub.

 

Yuxarı Qarabağ kanalından magistral suverici kəmər vasitəsilə qəsəbələrin yaxınlığındakı su anbarlarına su vurulur. Burada iki hissəyə bölünən su ehtiyatının bir hissəsi içməli su təchizatı üçün su anbarları sahəsində yerləşən sudurulducu qurğuya nəql edilir, bir hissəsi isə həyətyanı sahələrin suvarılması üçün istifadə olunur.

 

Qəsəbədaxili su şəbəkələri üzərində 106 ədəd yanğın hıdrantları qoyulub. Ərazidəki qrunt sularının səviyyəsini aşağı salmaq məqsədilə qapalı drenaj şəbəkələri və qapalı suyığıcılar tikilib, 8 ədəd drenaj nasosu quraşdırılıb.

 

Qəsəbələri təbii qazla təchiz etmək məqsədilə müvafiq işlər görülüb. Hər bir evdə qazla işləyən kombi tipli suqızdırıcılar quraşdırılıb. Məktəblərin və həkim məntəqəsinin istilik təchizatını təmin etmək məqsədi qəsəbələrin hər birində iki qazanxana tikilib. Hər bir qəsəbədə abadlıq işləri aparılıb, 19 ədəd sanitariya-təmizləmə meydançası tikilib və 2,3 hektar ərazidə yaşıllıqlar salınıb.

04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 Noyabr, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Noyabr, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 Noyabr, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Noyabr, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib