"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2974
Ucarda və Göyçayda məcburi köçkünlər üçün yeni yaşayış binaları istifadəyə verilib
Tədbirlər 29 Dekabr, 2019

Dekabrın 29-da məcburi köçkünlər üçün Ucar rayonunda 250 mənzildən ibarət altı bina, Göyçay rayonunda isə 80 mənzilli bir bina istifadəyə verilib.

 

Bu münasibətlə keçirilən tədbirlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ucar Rayon Icra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Göyçay Rayon Icra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə, yerli ictimaiyyətin nümayəndələri, məcburi köçkünlər iştirak ediblər.

 

Ölkəmizdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır. Bu sahədə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Hər il minlərlə məcburi köçkün ailəsi yeni inşa edilən, rahat mənzillərə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqəti sayəsində bu kateqoriyadan olan vətəndaşların sosial problemlərinin,  xüsusən  mənzil-məişət məsələlərinin həlli üçün yol xəritəsi hazırlanıb və icra olunur.

 

Ucarda və Göyçayda yeni istifadəyə verilmiş binalar “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində inşa edilib.

 

Ucar rayonunda istifadəyə verilən məhəllə ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 109-cu qəsəbədir. Məhəllənin inşası üşün 4 hektar torpaq sahəsi ayrılıb, tikinti işlərinə may ayında başlanılıb.  Buradakı binalar beş mərtəbəlidir. Mənzillərdən 25-i birotaqlı, 110-u ikiotaqlı, 100-ü üçotaqlı, 15-i dördotaqlıdır.

 

Məhəllədə 220 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi tikilib, o cümlədən müvafiq mühəndis-kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.

 

Ucar rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri bu məhəlləyə  köçürüləcəklər.

 

Məhəllənin elektrik təchizatını təmin etmək məqsədi ilə yaxınlıqda yerləşən “Ucar” yarımstansiyasının Açıq Paylayıcı Qurğularında  yenidənqurma işləri aparılıb, yarımstansiyanın ərazisində 10 kV-luq yeni Qapalı Paylayıcı Qurğu inşa edilib. Bundan başqa, ikidövrəli elektrik verilişi xətti çəkilib, trasformator məntəqəsi tikilib və  2 ədəd güc transformatoru quraşdırılıb, məhəllənin ərazisinin işıqlandırılması təmin edilib.

 

İçməli su təchizatı üçün yaxınlıqdan keçən mövcud magistral su kəmərindən boru xətti çəkilib, iki (içməli və yanğın əleyhinə) su anbarı, su nasosxanası tikilib, müvafiq şəbəkə yaradılıb. Məhəllədə həmçinin kanalizasiya və suvarma şəbəkəsi, təbii qaz təchizatı sistemi qurulub. İstilik təchizatı üçün mənzillərdə qazla işləyən kombi tipli suqızdırıcılar quraşdırılıb. 220 yerlik məktəb binasının istilik təchizatı üçün qazla işləyən 2 ədəd  və 100 yerlik uşaq baxçasının istilik təchizatı üçün isə 2 ədəd qızdırıcı qazanla təmin edilmiş qazanxana binaları tikilib. Məhəllədəki binaların hər birində videomüşahidə kameraları quraşdırılıb. Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb, asfalt beton yol-küçə şəbəkəsi salınıb, sanitariya-təmizləmə meydançaları tikilib.

 

Göyçay rayonunda 0,5 hektar torpaq sahəsində 80 mənzilli binanın tikintisinə cari ilin yanvar ayında başlanılıb. Tam müasir standartlara uyğun inşa edilən binada yaşayış üçün hər bir şərait yaradılıb, müvafiq mühəndis kommunikasiya şəbəkələri qurulub. Binadakı mənzillərdən 15-i birotaqlı, 30-u ikiotaqlı, 30-u üç otaqlı, 5-i dördotaqlıdır.

 

Binanın elektrik təchizatını təmin etmək məqsədi ilə yaxınlıqda yerləşən mövcud "Çörək zavodu" yarımstansiyasında və mövcud "3-cü Şəhər" hava  xəttində yenidənqurma işləri aparılıb, kabel xətti çəkilib və KTY quraşdırılıb. Sahədaxili elektrik təchizatı üzrə də  kabel xətləri çəkilib və binanın ərazisinin işıqlandırılması təmin edilib.

 

İçməli su təchizatını təmin etmək üçün boru kəməri çəkilib, 2 ədəd içməli su2 ədəd yanğın əleyhinə su anbarı, nasosxana və nəzarətçi binası tikilib. Ərazidə sahədaxili içməli su və yanğına qarşı su şəbəkəsi tikilib və 10 ədəd hidrantı quraşdırılıb. Kanalizasiya şəbəkəsi qurulub, əlahiddə çirkab suları təmizləyicisi və dizel generatoru quraşdırılıb, kanalizasiya nasosxanası və nəzarətçi binası tikilib.

 

Yaşılaşdırma sahələrinin suvarılması üçün su anbarı, nasosxana tikilib, sahədaxili suvarma şəbəkəsi çəkilib və suvarma kranları quraşdırılıb.

 

Qaz təchizatını təmin etmək məqsədi ilə Göyçay 2 saylı Qaz Paylayışı Stansiyadan orta təzyiqli polietilen yeraltı qaz boru kəməri çəkilib və şkaf tipli qaztənzimləyici məntəqə quraşdırılıb, mənzillər borular vasitəsi ilə aşağı təzyiqli qaz ilə təmin edilib. Hər mənzildə isə ayrılıqda qaz tənzimləyici reduktorlar, PQ-4 tipli qaz  peçləri  və G-4 smart kart tipli qaz sayğacları quraşdırılıb.

 

İstilik təchizatı üçün hər mənzildə 24 kvt gücündə kombi tipli suqızdırıcı cihazlar quraşdırılıb.

 

Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb, asfaltbeton yol-küçə şəbəkəsi, drenaj şəbəkəsi və nasosxanası tikilib, sanitariya-təmizləmə meydança inşa olunub.

 

Ucar və Göyçay rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər  yeni il  yeni mənzillərdə qarşılayacaqlar.  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bunun üçün bütün zəruri tədbirləri görür.

 

 

04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 Noyabr, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Noyabr, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 Noyabr, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Noyabr, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib