"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 797
Dövlət Komitəsinin əməkdaşları üçün “Qayıdış prosesində əhalinin adaptasiyası ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi” mövzusunda təlim keçirilib
Tədbirlər 05 Noyabr, 2025

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün “Qayıdış prosesində əhalinin adaptasiyası ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi” mövzusunda təlim keçirilib.

Təlim qayıdış prosesinin effektiv təşkili üçün fundamental biliklərin, beynəlxalq təcrübələrin və praktik alətlərin araşdırılması, həmçinin köçürüləcək əhalinin prosesə fəal şəkildə cəlb olunması istiqamətində aparıcı dünya təcrübələrinin yerli kontekstdə tətbiqi metodlarının öyrənilməsinə həsr olunub. İştirakçılara adaptasiya prosesinin idarəedilməsi, icma iştirakı modelləri, məlumat əsaslı yanaşmalar və sosial inteqrasiya üzrə beynəlxalq praktik nümunələr təqdim edilib.

Sessiyalar zamanı Komitə əməkdaşlarına əldə edilən biliklərin gələcək fəaliyyətlərində tətbiqi ilə bağlı tövsiyələr verilib, repatriasiya prosesində müxtəlif institusional mexanizmlərin rolu, dayanıqlı məskunlaşma və icma dəstəyi kimi istiqamətlər geniş şəkildə müzakirə edilib. Tədbirin əsas məqsədi Komitə əməkdaşlarının peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların praktiki vərdişlərinin gücləndirilməsi olub.

Təlim qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb, iştirakçıların sualları cavablandırılıb. Ümumilikdə, 30 nəfər əməkdaş təlimdə iştirak edib.

Qeyd edək ki, silsilə xarakter daşıyan və cari ilin sonunadək davam etdirilməsi planlaşdırılan bu təlimlər Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planında yer alan “Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması” üzrə 3-cü prioritet istiqamətin 3.1.5-ci fəaliyyətinə — “Geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xəttin yaradılması və onların adaptasiyası ilə bağlı tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün müvafiq dövlət orqanları əməkdaşlarının peşəkar təlimlərə cəlb olunması” — uyğun olaraq həyata keçirilir. 

 

 

25 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
25 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
25 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
25 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
23 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
18 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
18 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
18 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
18 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
16 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
25 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
22 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
21 May, 2026 / Tədbirlər Rəsmi yazışmalarda ədəbi dil normalarının tətbiqinə dair təlim keçirilib
21 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
19 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
14 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
13 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
07 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib