"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1663
Cəbrayıl şəhərində "Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" fotosərgisi və "Bura mənim evimdir" filminin təqdimatı keçirilib
Tədbirlər 24 Oktyabr, 2025

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayədəliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Cəbrayıl şəhərindəki Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində “Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları” adlı fotosərgi və “Bura mənim evimdir” filminin təqdimatı keçirilib.

Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun ikinci Qarabağ müharibəsində qazandığı qələbənin əhəmiyyətindən, əsgər və zabitlərimizin Cəbrayılın işğaldan azad edilməsi üçün göstərdikləri şücaət və qəhrəmanlıqdan, Bəyük Zəfərin davamı olaraq işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən və hazırda uğurla həyata keçirilən Böyük Qayıdışdan ətraflı söhbət açılıb. Yenidən tikilən Cəbrayıl şəhərində sakinlərin doğm yurda geri dönüşün sevincini yaşadıqları, onlara burada rahat və təhlükəsiz həyat şəraiti, iqtisadi fəaliyyətə reinteqrasiya imkanlarının yaradıldığı qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə Cəbrayıl və digər işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesini və Böyük Qayıdışın simvolik əhəmiyyətini əks etdirən fotoşəkillərin nümayiş olunduğu sərgiyə baxıblar. Fotosərgi Böyük Qayıdışın mübariz insan hekayələrini və bu ərazilərə  yenidən həyatın qayıtmasını sənət dili ilə çatdırıb. Daha sonra "Bura mənim evimdir" filmi nümayiş olunub.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən Böyük Qayıdışın önəmindən bəhs edib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Aqil Qurbanov çıxış edərək Böyük Qayıdışın əhəmiyyətini və bu prosesin gələcək inkişafı barədə söz açıblar. Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənov və birliyin sədri Amira Süleyman sərgidə əsərləri təqdim edilən peşəkar və həvəskar fotoqrafların Böyük Qayıdışın uğurlu addımlarını işıqlandırdıqlarını, onun fotosalnaməsinin yaradılmasında töhfə verdiklərini vurğulayıblar.

Dövlət Komitəsinin hazırladığı “Bura mənim evimdir” sənədli filminə də tədbir iştirakçıları maraqla baxıblar. Filmdə ABŞ-nin Nyu-Cersi ştatında anadan olsa da, ürəyi həmişə babasının doğulduğu Cəbrayıl rayonunun Süleymanlı kəndinə bağlı olan Ceyhun Qarabağlının həyat hekayəsini və doğma yurdun ziyarətinə gəlşini əks etdirir.

Tədbirdə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və Cəbrayıl şəhər sakinləri iştirak ediblər.

Qeyd edək ki, Dövlət Komitəsinin dəstəyi hazırlanan “Bura mənim evimdir” sənədli filmi Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq Ege Art qısa film festivalının mükafatına layiq görülüb. 

 

08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
30 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib