"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 739
Dövlət Komitəsi “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda seminar keçirib
Tədbirlər 19 Avqust, 2025

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam rayonunda Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına cəlb olunmuş dövlət qurumlarının nümayəndələri üçün “Vətəndaş iştirakçılığının təşkili” mövzusunda tədbir keçirib. Qarşılıqlı fikir mübadiləsinin aparıldığı seminarın məqsədi azad edilmiş ərazilərə qayıdış prosesində vətəndaş iştirakçılığının təşkili və gücləndirilməsi ilə bağlı praktiki bilik və təcrübələrin paylaşılması olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdışın  ölkəmizin tarixində misilsiz hadisə olduğu, doğma yurda geri dönən həmvətənlərimizin təhlükəsiz yaşayışı və iqtisadi fəaliyyətə inteqrasiya üçün zəruri iş aparıldığı bildirilib. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına töhfə vermək məqsədilə keçmiş məcburi köçkünlərin yeni mühitə inteqrasiyasını asanlaşdırmaq, texniki və peşə bacarıqlarını inkişaf etdirmək, gəlir gətirən fəaliyyətlərə cəlb olunmalarını dəstəkləmək və vətəndaş iştirakçılığını artırmaq istiqamətində ardıcıl və planlı tədbirlər həyata keçirildiyi qeyd edilib. Vurğulanıb ki, bu fəaliyyətlər çərçivəsində məşğulluq imkanlarının genişləndirilməsi, gender bərabərliyinin təmin edilməsi və dayanıqlı inkişaf məqsədlərinin sosial-iqtisadi aspektlərinin gücləndirilməsi Dövlət Komitəsinin əsas prioritetləri sırasındadır. İnteraktiv formada keçirilən seminarda iştirakçılara vətəndaş iştirakçılığı, onun məqsədi, dövlət qurumları üçün faydaları, iştirakçılığın mərhələləri, planlaşdırılması və həyata keçirilməsi, qiymətləndirmə, monitorinq, vətəndaş iştirakçılığı və dövlət dəstəyi haqqında məlumat verilib, beynəlxalq və yerli təcrübələr müzakirə edilib. Eyni zamanda, Böyük Qayıdış çərçivəsində həyata keçirilən fəaliyyətlərin səmərəliliyinin artırılması məqsədilə dövlət qurumları arasında koordinasiyanın əhəmiyyəti vurğulanıb. Seminarda iştirak edən dövlət qurumlarının əməkdaşları, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və uğurlu reinteqrasiyasına hazırlıq prosesində vətəndaş iştirakçılığının təşkil edilməsi üzrə praktik biliklərinin artırılması baxımından tədbirin əhəmiyyətli olduğunu qeyd edərək, gələcəkdə də bu kimi maarifləndirici təşəbbüslərin davam etdirilməsinin vacibliyini ifadə ediblər. Seminarda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil nazirliyi, Gənclər və İdman nazirliyi, Kənd Təsərrüfatı nazirliyi, Mədəniyyət nazirliyi, Səhiyyə nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Dövlət Turizm Agentliyinin əməkdaşları iştirak ediblər. 

 

 

08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
30 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib