"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 847
İnsana dəyər: Könüllü, təhlükəsiz, ləyaqətlə qayıdış
Tədbirlər 15 İyul, 2025

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “İnsana dəyər: Könüllü, təhlükəsiz, ləyaqətlə qayıdış” devizi ilə təqdimat keçirilib. 300-dən çox qonağın iştirak etdiyi tədbirdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı görülən işlər barədə iştirakçılara məlumat verilib.

Tədbirdə qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıqla dəstək göstərdiyi bildirilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir.

Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış zamanı keçmiş məcburi köçkünlər üçün rahat və təhlükəsiz yaşayış şəraiti yaradılmaqla yanaşı, məşğulluğunun təmin edilməsi də ön plandadır. İşğaldan azad edilən ərazilərin   yenidənqurulması zamanı müxtəlif müəssisələr istifadəyə verilir ki, bunlar da geri qayıdan sakinlərin məşğulluğuna dəstək olur. Dövlət Komitəsi də doğma yurda qayıdış prosesində məcburi köçkünlərin məşğulluq məsələlərinin həll olunmasına dəstək verir.

Tədbirdə məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə könüllü və təhlükəsiz geri dönüşünü təşviq etmək məqsədilə Dövlət Komitəsi tərəfindən hazırlanmış müxtəlif təbliğat-izahat xarakterli videoçarxlar nümayiş etdirilib. Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan video-materiallarda işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin həyat şəraiti, eləcə də Böyük Qayıdış prosesinin mühüm tərəfləri əhatəli şəkildə təqdim olunub.

 

 

09 Sentyabr, 2026 / Tədbirlər Xocavənd şəhərinin sakinləri üçün "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib
31 Avqust, 2026 / Tədbirlər "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib
27 Avqust, 2026 / Tədbirlər "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib
27 Avqust, 2026 / Tədbirlər "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib
21 Avqust, 2026 / Tədbirlər "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib
20 Avqust, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
14 Avqust, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
13 Avqust, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
13 Avqust, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib  
28 İyul, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 İyul, 2026 / Tədbirlər Dövlət Komitəsi və AzQAC mina təhlükəsizliyi üzrə birgə maarifləndirmə fəaliyyətini davam etdirirlər
28 İyul, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
22 İyul, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
22 İyul, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
20 İyul, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
17 İyul, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
16 İyul, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
10 İyul, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
25 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
25 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib