"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 509
Böyük Qayıdış: dövlət-özəl sektor tərəfdaşlığı prioritet məsələdir
Mətbuat xidmətinin məlumatı 16 May, 2025

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Neoklassika” konsept mesajı ilə təşkil olunmuş Milli Marketinq Forumuna təşkilati dəstək verib. Üç gün ərzində marketinq fəaliyyəti ilə bağlı təcrübələrin paylaşıldığı forumda iştirakçılara işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, dövlət komitəsinin bu sahədəki fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir. Bu sahədə Dövlət Komitəsinin də üzərinə vacib və məsul vəzifələr qoyulub. Komitə əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə tədbirlərin əsas icraçısıdır.   

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov çıxışında qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğunu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyev xüsusi diqqət yetirdiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyeva onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyini bildirib.

Sədr müavini azad olunmuş ərazilərə qayıdış prosesinin təkcə bərpa-quruculuq işləri ilə deyil, həm də milli yaddaşın bərpası, tarixi dəyərlərin dirçəlişi ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Dövlət Komitəsi bu prosesi geniş ictimaiyyətə düzgün çatdırmaq, reinteqrasiyanı gücləndirmək və yeni formalaşan icmaların sosial və iqtisadi potensialını tanıtmaq məqsədilə Milli Marketinq Forumunda iştirak edir. Forum çərçivəsində komitə dövlət-özəl sektor tərəfdaşlığı, media və yaradıcı agentliklərlə əməkdaşlıq imkanlarını müzakirə edir. Qeyd olunub ki, Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya məsələri barədə həqiqətlərin ictimaiyyətə çatdırılmasında marketinq və kommunikasiyanın mühüm rolu vardır. Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insanın yaşadığını deyən F.Hüseynov, hökumətin işğaldan azad edilmiş ərazilərdə ağıllı şəhər, ağıllı kəndlərin salınmasını, “yaşıl enerji zonaları”nın yaradılmasını bərpa-quruculuq prosesinin prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdiyini xatırladıb. Forumun Böyük Qayıdışa həsr olunmuş ikinci panelində hüquqşünas Ərşad Hüseynov, Nəfəs Psixi Sağlamlıq Akademiyasının təsisçisi İkram Rüstəmov, “Cinema Art” MMC-nin direktoru Fuad Quliyev, “Facemark” şirkətinin rəhbəri Rafiq Hunaltay çıxış ediblər. Forumda məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində Dövlət Komitəsi tərəfindən hazırlanmış videoçarxlar nümayiş olunub. 

 

 

 

04 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Azad, abad Ağalı kəndimiz...
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka təşkil edilib
02 İyun, 2025 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
31 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
30 May, 2025 / Mətbuat xidmətinin məlumatı Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
29 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
27 May, 2025 / Mətbuat xidmətinin məlumatı Laçınım mənim...
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
23 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonuna çatıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalıya növbəti köç karvanı yola salınıb
22 May, 2025 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ata yurdunda ilk addımlar...
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb
20 May, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb