"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1271
Dövlət Komitəsində “Tanrı yoxuşu” kitabının təqdimatı keçirilib
Tədbirlər 20 Aprel, 2022

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində araşdırmaçı-jurnalist Elxan Salahovun Kəlbəcərdə mühasirədə qalanların həyat mücadiləsinə həsr etdiyi “Tanrı yoxuşu” kitabının təqdimatı keçirilib.

 

Tədbirdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı Mahir Abbaszadə, komitə yanında İctimai Şuranın üzvləri, Kəlbəcər ictimaiyyətinin nümayəndələri, hadisə şahidləri iştirak edib.

 

Əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində Kəlbəcər rayonunun əsas hissəsinin döyüş əməliyyatları aparılmadan işğaldan azad edildiyini xatırladan komitə sədri rayon ərazisində ermənilərin törətdikləri hərbi cinayətlərin heç vaxt unudulmayacağını, həmin cinayətlərə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin vacibliyini bildirib. Dövlətmizin başçısının tapşırığı əsasında, bu istiqamətdə lazımi işlərin aparıldığı, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mühüm layihələr həyata keçirdiyi diqqətə çatdırılıb.

 

Qeyd olunub ki, 1992-ci il və 1993-cü illərdə Kəlbəcərin Ağdaban və Başlıbel kəndlərində, həmçinin “Tunel” və Meydançay adlanan ərazilərində qətliamlar baş verib. Yüzlərlə insan girov götürülüb və ağır işgəncələrə məruz qalıb. Diqqətə çatdırılıb ki, Ermənistanın hərbi cinayətləri barədə hazırlanmış materiallar xarici dillərə də tərcümə olunmaqla, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.

 

“Tanrı yoxuşu” kitabının müəllifi Elxan Salahovun Kəlbəcər rayonunun Başlıbel kəndindən məcburi köçkün olduğu, peşəkar jurnalist kimi ölkəmizin media mühitində yaxşı tanındığı bildirilib. Kitabın tarixi əhəmiyyət daşıdığı, gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacağı qeyd olunub. Müəllifin bundan əvvəl Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının da geniş əks-səda doğurduğu xatırladılıb.

 

Elxan Salahov tədbirdə çıxış edərək, kitabın təqdimatının təşkilinə, həmçinin Başlıbel qətliamında şəhid olanların ailə üzvlərinin, hadisə şahidlərinin işğaldan azad olunmuş Kəlbəcər rayonuna səfərlərinin dəstəklənməsinə görə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib. O, kitabın məzmunu haqqında tədbir iştirakçılarına qısa məlumat verib. Qeyd olunub ki, “Tanrı yoxuşu” amansız düşmən və sərt təbiətlə ölüm-dirim mücadiləsi aparan insanların taleyindən bəhs edir. Kitabda Azərbaycanın ərazi bütövlüyünün bərpası, Kəlbəcərin azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi haqqında məlumat da verilib.   

 

Kəlbəcərin işğalı zamanı uzun müddət mühasirədə qalan, qətlimaların şahidi olan Rizvan Rzayev, Şahlar Muradov, Elman Hacıyev, Bəxtiyar Şəbiyev, Qalib Məcnunov, Əsəd Vəliyev və Azər Qasımov çıxış ediblər. Onlar Ermənistanın törətdiyi hərbi cinayətlər, mühasirədə qaldıqları zamanı yaşadıqları çətinliklər, amansız işgəncələr, qətllər barəsində ürək ağrısı ilə danışıblar.

 

Azərbaycanın böyük Zəfəri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, məcburi köçkünlərin doğma yurda qayıdışına hazırlıq barədə də ətraflı söz açılıb, Qarabağda və Şərqi Zəngəzurda yeni həyatın başlanması üçün dövlətimizin həyata keçirdiyi genişmiqyaslı işlərin fərəh hissi doğurduğu, ölkəmizin gücünün və qüdrətinin nümayişi olduğu bildirilib.

 

Tədbirdə Kəlbəcərdə baş vermiş müharibə cinayətlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 Noyabr, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Noyabr, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 Noyabr, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Noyabr, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib