XƏBƏRLƏR
Çap et
2159
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
22 November, 2017
Bildiririk ki, “Palitika.az” xəbər portalının rəhbəri, əslən Ağdam rayonundan olan Xəyyam Salmanzadə mütəmadi olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə xələl gətirməyə hesablanmış şər-böhtan, qərəzli və şantaj xarakterli yazılar yayır.
Xəyyam Salmanzadə həmçinin məcburi köçkünlər üçün salınmış qəsəbələrə getmiş, orada məcburi köçkünlər arasında siyasi sabitliyi pozmaq, təbliğat aparmaqla dövlətə qarşı süni şəkildə narazılıq yaratmaq və s. kimi hallara xidmət edən təxribatçı hərəkətlərə yol vermiş və sakinləri bu işə cəlb etməyə cəhd göstərmişdir.
Qeyd etmək istəyirik ki, bütün bunlarla yanaşı Xəyyam Salmanzadə şəhid ailəsi kimi dövlət tərəfindən Bərdə rayonu ərazisində ona verilmiş 3 otaqlı mənzili başqa bir vətəndaşa qeyri-qanuni olaraq sövdələşmə yolu ilə vermişdir.Lakin tərəfimizdən Xəyyam Salmanzadəyə bunun qanunsuz olduğu və lazımi tədbirin görüləcəyi bildirilmişdir.
Xəyyam Salmanzadənin qanunsuz istəyi baş tutmadığı üçün bunlara cavab olaraq Komitənin nüfuzdan salınması üçün hər cür hərəkətlər edəcəyini bildirmişdir.
Onu da qeyd etmək istəyirik ki, “Palitika.az” xəbər portalının rəhbəri Xəyyam Salmanzadənin müxtəlif dairələr tərəfindən idarə olunduğu da artıq bizə məlumdur.
Əlavə olaraq bildiririk ki, Xəyyam Salmanzadə əvvəllər iki xəbər portalının sahibi olub və reketçilik etdiyi üçün həmin xəbər portalları bağlanıb.İndi isə “Palitika.az” xəbər portalı ilə reketçiliyini davam etdirir.
Bütün bunları nəzərə alaraq, “Palitika.az” xəbər portalı və onun rəhbəri ölkəmizdə olan ictimai-siyasi sabitliyi pozmaq və məcburi köçkünlər arasında bu cür təxribatçı hərəkətlər etdiyi üçün Azərbycan Mətbuat Şurası və aidiyyəti hüquq mühafizə orqanları tərəfindən lazımı tədbirlərin görülməsini xahiş edirik.
30 April, 2026 / Mətbuat xidmətinin məlumatı
Azerbaijan relocates next group of former IDP's to Khojavend village
30 April, 2026 / Mətbuat xidmətinin məlumatı
The next resettlement convoy has been dispatched to Khojavend village of Khojavend district
29 April, 2026 / Mətbuat xidmətinin məlumatı
Great Return: Azerbaijan relocates another group of residents to the villages of Badara, Khanabad, Tazabina, and Khanyurdu in Khojaly district
29 April, 2026 / Mətbuat xidmətinin məlumatı
Azerbaijan relocates former IDPs to the villages of Badara, Khanabad, Tazabina, and Khanyurdu in Khojaly
28 April, 2026 / Mətbuat xidmətinin məlumatı
Awareness meetings were held in the temporary settlement areas of IDPs
28 April, 2026 / Mətbuat xidmətinin məlumatı
The relocation convoy has arrived in the Girmizi Bazar settlement of Khojavend district
28 April, 2026 / Mətbuat xidmətinin məlumatı
Azerbaijan relocates next group of former IDP's to Khojavend
28 April, 2026 / Mətbuat xidmətinin məlumatı
The relocation convoy has arrived in Khanoba village of Khojavend district
28 April, 2026 / Mətbuat xidmətinin məlumatı
Azerbaijan relocates former IDPs to Khojavend city, the Girmizi Bazar settlement, and Khanoba village
24 April, 2026 / Mətbuat xidmətinin məlumatı
Another relocation convoy reaches Aghdam city
24 April, 2026 / Mətbuat xidmətinin məlumatı
A world-significance historical monument – Khudavang monastery
24 April, 2026 / Mətbuat xidmətinin məlumatı
Great Return: Azerbaijan relocates another group of residents to Aghdam city
23 April, 2026 / Mətbuat xidmətinin məlumatı
Residents of Aghdam city, the Girmizi Bazar settlement, and Badara village have been informed about social protection measures and mine safety.
21 April, 2026 / Mətbuat xidmətinin məlumatı
The relocation convoy has arrived in the Girmizi Bazar settlement of Khojavend district
21 April, 2026 / Mətbuat xidmətinin məlumatı
Another relocation convoy reaches Aghdam city
21 April, 2026 / Mətbuat xidmətinin məlumatı
Azerbaijan relocates next group of former IDP's to to the Girmizi Bazar settlement of Khojavend
21 April, 2026 / Mətbuat xidmətinin məlumatı
Azerbaijan relocates 92 more families to Aghdam city
17 April, 2026 / Mətbuat xidmətinin məlumatı
Citizens can now send and receive official letters to the State Committee digitally via ‘MyGov’
15 April, 2026 / Mətbuat xidmətinin məlumatı
Residents of Aghdam city have been informed about social protection measures and mine safety.
14 April, 2026 / Mətbuat xidmətinin məlumatı
Great Return: New residents arrive in Aghdara and Khojaly districts









