"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2160
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı 22 Noyabr, 2017
Bildiririk ki, “Palitika.az” xəbər portalının rəhbəri, əslən Ağdam rayonundan olan Xəyyam Salmanzadə mütəmadi olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə xələl gətirməyə hesablanmış şər-böhtan, qərəzli və şantaj xarakterli yazılar yayır. Xəyyam Salmanzadə həmçinin məcburi köçkünlər üçün salınmış qəsəbələrə getmiş, orada məcburi köçkünlər arasında siyasi sabitliyi pozmaq, təbliğat aparmaqla dövlətə qarşı süni şəkildə narazılıq yaratmaq və s. kimi hallara xidmət edən təxribatçı hərəkətlərə yol vermiş və sakinləri bu işə cəlb etməyə cəhd göstərmişdir. Qeyd etmək istəyirik ki, bütün bunlarla yanaşı Xəyyam Salmanzadə şəhid ailəsi kimi dövlət tərəfindən Bərdə rayonu ərazisində ona verilmiş 3 otaqlı mənzili başqa bir vətəndaşa qeyri-qanuni olaraq sövdələşmə yolu ilə vermişdir.Lakin tərəfimizdən Xəyyam Salmanzadəyə bunun qanunsuz olduğu və lazımi tədbirin görüləcəyi bildirilmişdir. Xəyyam Salmanzadənin qanunsuz istəyi baş tutmadığı üçün bunlara cavab olaraq Komitənin nüfuzdan salınması üçün hər cür hərəkətlər edəcəyini bildirmişdir. Onu da qeyd etmək istəyirik ki, “Palitika.az” xəbər portalının rəhbəri Xəyyam Salmanzadənin müxtəlif dairələr tərəfindən idarə olunduğu da artıq bizə məlumdur. Əlavə olaraq bildiririk ki, Xəyyam Salmanzadə əvvəllər iki xəbər portalının sahibi olub və reketçilik etdiyi üçün həmin xəbər portalları bağlanıb.İndi isə “Palitika.az” xəbər portalı ilə reketçiliyini davam etdirir. Bütün bunları nəzərə alaraq, “Palitika.az” xəbər portalı və onun rəhbəri ölkəmizdə olan ictimai-siyasi sabitliyi pozmaq və məcburi köçkünlər arasında bu cür təxribatçı hərəkətlər etdiyi üçün Azərbycan Mətbuat Şurası və aidiyyəti hüquq mühafizə orqanları tərəfindən lazımı tədbirlərin görülməsini xahiş edirik.
02 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışın yaratdığı təbəssüm
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib