"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 727
Dövlət Komitəsində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib
Mətbuat xidmətinin məlumatı 01 October, 2025

Oktyabrın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni seçilən 11 nəfərdən ibarət tərkibdə ilk iclası keçirilib. İlk toplantıda təşkilati məsələlərə baxılıb və Anar Xəlilov yenidən İctimai Şuranın sədri, Səbuhi Hüseynov sədr müavini, Həcər Əkbərova isə katib seçiliblər. Sonra şura üzvlərinin komitə rəhbərliyi ilə görüşü olub.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev şuranın yeni tərkibində fəaliyyət göstərəcək vətəndaş cəmiyyəti nümayəndələrini təbrik edib, onlara uğurlar arzulayıb.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şura üzvlərini seçkinin uğurla başa çatması münasibətilə təbrik edib, qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən tədbirlərdə onlardan fəal iştirak və dəstək gözlənildiyini bildirib.

Prezident İlham Əliyevin sosial siyasətində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin prioritet istiqamət olduğu, torpaqlarımız işğaldan azad edilməsi nəticəsində onların doğma yurda Böyük Qayıdışının başlandığı, bərpa edilən və yeni salınan yaşayış məntəqələrinə müntəzəm köç karvanlarının yola salındığı bildirilib.

Qeyd edilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən həyata keçirilən tədbirlər çərçivəsində məcburi köçkünlərlə iş sahəsində Dövlət Komitəsi ilə İctimai Şura arasında səmərəli və qarşılıqlı əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

İctimai Şuranın sədri, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasında ictimai iştirakçılığın təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edib və bu məqsədlə hazırlanmış fəaliyyət planı haqqında ətraflı məlumat verib. Görüşün, İctimai Şuranın fəaliyyətinin səmərəli təşkili, zəruri məlumatların əldə olunması, həmçinin ictimai iştirakçılıq tələb edən məsələlər üzrə müvafiq məsləhətləşmələrin aparılması baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Daha sonra Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərləri ilə İctimai Şura üzvləri arasında fəaliyyət planına uyğun müzakirələr aparılıb, təkliflər dəyərləndirilib. Görüşdə bir daha qeyd olunub ki, İctimai Şuranın fəaliyyətinin yüksək səviyyədə təşkilinə Komitə rəhbərliyi tərəfindən hərtərəfli dəstək göstəriləcək.

 

 

30 September, 2026 / Mətbuat xidmətinin məlumatı Khojaly city welcomes another 78 residents
30 September, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Khojavand city return to their homeland
30 September, 2026 / Mətbuat xidmətinin məlumatı Residents resettled in Shukurbayli village of Jabrayil district arrive at their new homes
30 September, 2026 / Mətbuat xidmətinin məlumatı Another 17 families return to their homeland
30 September, 2026 / Mətbuat xidmətinin məlumatı Another resettlement convoy departs for Shukurbayli village
30 September, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 16 more families to Khojavand
29 September, 2026 / Mətbuat xidmətinin məlumatı A meeting was held at the State Committee to review the results of the rhird quarter of 2026
28 September, 2026 / Mətbuat xidmətinin məlumatı The renewed landscape of the territories liberated from occupation - 2024
27 September, 2026 / Mətbuat xidmətinin məlumatı The leadership of the State Committee visited Victory Park on the occasion of 27 September – Remembrance Day
22 September, 2026 / Mətbuat xidmətinin məlumatı Residents resettled in Shukurbayli village of Jabrayil district arrive at their new homes
22 September, 2026 / Mətbuat xidmətinin məlumatı Resettlement convoys arrive in Khankendi city and Karkijahan settlement, as well as villages in Khojaly and Aghdara districts
22 September, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: Azerbaijan relocates 59 more families to liberated territories
17 September, 2026 / Mətbuat xidmətinin məlumatı An awareness-raising event was held for residents of Shukurbayli village in Jabrayil district as part of the “Peace Month”
16 September, 2026 / Mətbuat xidmətinin məlumatı An awareness-raising event was held for residents of Aghdara and Khojaly as part of the “Peace Month”
15 September, 2026 / Mətbuat xidmətinin məlumatı Another 220 former IDPs resettled in Khojavand
15 September, 2026 / Mətbuat xidmətinin məlumatı Flashmob by Kalbajar schoolchildren in Ganja: “We are returning with our education!”
15 September, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: Another 220 former IDPs resettled in Khojavand
11 September, 2026 / Mətbuat xidmətinin məlumatı Next meeting of Public Council under the State Committee held
10 September, 2026 / Mətbuat xidmətinin məlumatı 25 more families relocated to Shukurbeyli village receive house keys
10 September, 2026 / Mətbuat xidmətinin məlumatı Another 25 former IDP families return to Jabrayil