"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 588
Xıdırlı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
Mətbuat xidmətinin məlumatı 01 August, 2025

Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların  sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin, Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləridə ətraflı izah edilir. Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Ağdam rayonunun Xıdırlı kəndinə köçürülən 45 ailə arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib. Qeyd edilən video çarxlar, mediada mütəmadi olaraq yayımlanır. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal  İstismar Sahələri  tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir. 

 

 

 

08 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrived in the village of Kichik Galadarasi in Shusha district
08 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrived in the Khojavend district
08 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı A first convoy of displaced families has been sent to Kichik Galadarasi village in Shusha
08 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 87 people returned to the villages of Guzeykhirman and Guneykhirman in Khojavand district
07 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Survey project started among internally displaced persons under the Great Return Programme
07 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to Khojavend
07 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 163 people returned to the Khojavend city
06 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrived in the village of Shukurbeyli in Jabrayil district
06 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 223 people returned to the Shukurbeyli village in Jabrayil district
01 JULY, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Khojavend city and Shukurbeyli village in Jabrayil district informed about social protection measures and mine safety
30 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı The Milli Majlis has approved a new draft law on the status of internally displaced persons (IDPs).
25 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrives in Khankendi, Khojavend, Shusha, Jabrayil, Khojaly, and Aghdara
25 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 237 people relocated to Khankendi city, Khojavend, Shusha, Jabrayil, Khojaly, and Aghdara
23 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı A group of employees of the State Committee have been awarded by the Order of President Ilham Aliyev
22 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 89 people relocated to Shukurbeyli village in Jabrayil district
19 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrive in Khankendi city
19 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: Azerbaijan relocates another group of residents to Khankendi city
17 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib
17 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrived in the village of Shukurbeyli in Jabrayil district
17 JUNE, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Aghdara district informed about social protection measures and mine safety