"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 1223
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı 02 MAY, 2013
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənovun sədrliyi ilə keçirilən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş kollegiya iclası keçirilmişdir. Qeyd edilmişdir ki, ötən dövrlərdə olduğu kimi, cari ilin ilk aylarında da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş Əlavələrə uyğun olaraq qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli itsiqamətində kollektiv tərəfindən görülən işlər uğurla davam etdirilmişdir. Kollegiya iclasını giriş sözü ilə açan Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov əsas diqqəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağındakı çıxışında, xüsusilə məcbur köçkünlərin problemlərinin həlli ilə bağlı səsləndirdiyi fikirlərə yönəldərək qeyd etmişdir ki, cənab Prezidentin istər bu çıxışı, istərsə də məcburi köçkünlər üçün salınan qəsəbələrin açılış mərasimlərindəki çıxışları zamanı görülən işlərin yüksək dəyərləndirməsi özlüyündə kollektivin fəaliyyətinə verilən qiymət olmaqla yanaşı, həm də qarşıya daha mühüm vəzifələr qoyur. O, qeyd etmişdir ki, cənab Prezidentin də dəfələrlə bildirdiyi kimi, qaçqın və məcburi köçkünlərimizin problemlərinin həlli prioritet kimi həmişə Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur və bu gün də belədir. Kollegiya iclasının gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsi zamanı qeyd olunmuşdur ki, hesabat dövrü ərzində Abşeron rayonunun Masazır qəsəbəsində 760, Mingəçevir şəhərində 504 ailəlik bütün sosial-texniki infrastrukturu ilə birlikdə yeni yaşayış məhəllələri istifadəyə verilmiş, hər iki məhəllənin açılışında cənab Prezident iştirak və çıxış etmişdir. Cari ildə qarşıda duran vəzifələrin müzakirəsi zamanı bildirilmişdir ki, hazırda Bərdə rayonundakı məktəb binalarında müvəqqəti məskunlaşmış 866 məcburi köçkün ailəsi üçün 15 ədəd, Gəncə şəhəri ərazisində 1500 ailə üçün 25 ədəd beşmərtəbəli yaşayış binalarından ibarət məhəllələrin, İsmayıllı rayonunda məktəb binalarında müvəqqəti məskunlaşmış 45 ailə üçün qəsəbənin, Balakən rayonunda 43 ailə üçün beşmərtəbəli binanın, Qəbələ rayonunda turizmin inkişaf etdirilməsi istiqamətində aparılan quruculuq işləri ilə əlaqədar köçürülməsinə zərurət yaranmış obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün Zarağan bələdiyyəsinin ərazisində inşa edilmiş 195 ailəlik məhəllənin ərazisində 155 mənzilli yeni yaşayış binalarının, İmişli rayonunda fin tipli qəsəbədə məskunlaşmış məcburi köçkün ailəsi üçün ikinci mərhələdə 225 evin bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə tikintisinə başlanılmış və adı çəkilən ərazilərdə inşaat işləri sürətlə davam etdirilir. Bütün bunlarla yanaşı hesabat dövrü ərzində kollektiv Dövlət Proqramından irəli gələn digər vəzifələrin icrasının yerinə yetirilməsi, xüsusilə məcburi köçkünlərin məşğulluğunun atırılması, yeni salınmış qəsəbələrdə istehsal müəssisələrinin yaradılması və digər zəruri tədbirlərin həyata keçirilməsi sahəsində də öz fəaliyyətini uğurla davam etdirmişdir. Belə ki, təkcə 2013-cü ilin I rübündə məşğulluq mərkəzi tərəfindən 192 nəfər işlə təmin olunmuş, 105 nəfər işsizlik statusu almış, 76 nəfər peşə hazırlığı kursuna göndərilmiş, 109 nəfər işsizlik müavinəti almış və 35 nəfər ictimai işlərə cəlb olunmuşdur. Bunlarla yanaşı, o da qeyd edilmişdir ki, məcburi köçkünlər arasında özünüməşğulluğun inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına son bir ildə 874 qaçqın və məcburi köçkün sahibkara 31.9 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 2000-dək yeni iş yerlərinin yaradılması imkanı yaranmışdır. Eyni zamanda Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış Kredit Sazişi üzrə məcburi köçkünlər arasında özünüməşğulluğun inkişaf etdirilməsi məqsədi ilə 588 məcburi köçkünə ümumi məbləği 1700,0 min manat təşkil edən mikrokreditlər ayrılmış və bundan 1037 nəfərdən çox məcburi köçkün faydalanmışdır. Həmçinin ümumi dəyəri 2,45 mln ABŞ dolları təşkil edən 40 müxtəlif növ icma mikrolayihəsi başa çatmış və mikrolayihələrdən 16 min nəfər məcburi köçkün faydalanmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq yeni salınmış qəsəbələrdə də məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, Ağdam rayonu ərazisində yeni salınmış qəsəbələrdə ayrılmış torpaq sahələrində məcburi köçkünlərin özləri tərəfindən minik maşınlarının təmiri üçün sexlər, kişi və qadın salonları, dərzi sexləri tikilib istifadəyə verilmişdir. Biləsuvar əraziisndəki yeni qəsəbələrdə cari mövsümdə 15 nəfər dövlət və özəl müəssisələrdə daimi işə düzəlmiş, 1 çörək sexi və 12 ədəd müxtəlif yönlü xidmət sahələri yaradılmışdır. Biləsuvar rayonu ərazisində «Azərsun Holdinq» şirkəti tərəfindən açılmış zavodun məcburi köçkünlərin məşğulluğunun təmin olunmasında xüsusi rolu vardır. Ümumilikdə 500-ə yaxın əməkqabiliyyətli məcburi köçkün həmin zavodda daimi və mövsümü işlərlə məşğul olur. Goranboy, İmişli, Yevlax, Şəki rayon və şəhərləri ərazisində yeni salınmış qəsəbələrdə də əməkqabiliyyətli məcburi köçkünlərin məşğulluğunu təmin etmək məqsədi ilə müəyyən işlər görülmüş, məcburi köçkünlər arasında özünüməşğulluğun inkişaf etdirilməsi məqsədi ilə onlara mikrokreditlər ayrılmışdır. Yeni salınmış qəsəbələrdə əməkqabiliyyətli məcburi köçkünlər arasında heyvandarlığın inkişaf etdirilməsində son dövrlərdə xüsusi irəliləyişlər olmuşdur. Belə ki, məcburi köçkünlərə verilən güzəştli kreditlərin böyük əksəriyyəti heyvandarlıq sahəsinə yatırılmışdır. Kollegiya iclasının gündəliyinə daxil edilmiş bu və ya digər məsələlərin müzakirəsi zamanı bildirilmişdir ki, kollektiv bundan sonra da bu sahə ilə bağlı dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması üçün imkanlarından və təcrübələrindən səmərəli və məqsədyönlü şəkildə istifadə etməklə qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli istiqamətində əllərindən gələni əsirgəməyəcəklər. Kollegiya iclasına yekun vuran Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov bütün bunlar barədə müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.
13 December, 2024 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
13 December, 2024 / Mətbuat xidmətinin məlumatı Bərdə şəhərində “Birlikdə qayıdırıq” fləşmobu keçirilib
13 December, 2024 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
13 December, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə vörkşop təşkil olunub
12 December, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
06 December, 2024 / Mətbuat xidmətinin məlumatı Nurəddin Mehdixanlı: “30 ildən sonra insanlarımız vətənə qayıdırlar”
05 December, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Laçın şəhərinə infotur təşkil edib
05 December, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıla qayıdış: yaşlılar duyğulu, uşaqlar sevincli...
04 December, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Şuşa şəhərinə çatıb
04 December, 2024 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
04 December, 2024 / Mətbuat xidmətinin məlumatı Biz öz tariximizə qayıdırıq!
04 December, 2024 / Mətbuat xidmətinin məlumatı Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb
02 December, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
02 December, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
01 December, 2024 / Mətbuat xidmətinin məlumatı Can Laçın!
29 November, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün "Qrafik dizayn proqramları" mövzusunda təlim təşkil edilib
29 November, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
29 November, 2024 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
28 November, 2024 / Mətbuat xidmətinin məlumatı Leyla Quliyeva: “Bütöv bir xalqın arzu etdiyi əzəli torpağa gəlmişik”
25 November, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət qulluğunun xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılıb