"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 831
Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
Mətbuat xidmətinin məlumatı 09 April, 2025

Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların  sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin, Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zərurliyi məsələləridə ətraflı izah edilir.

Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Ağdam rayonunun Sarıcalı kəndinə köçürülən 70 ailə arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib. Qeyd edilən video çarxlar, mediada mütəmadi olaraq yayımlanır. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal  İstismar Sahələri  tərəfindən məcburi köçkünlərlə mütəmadi olaraq qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir. 

 

 

16 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrived in the village of Badara, Tazabina, Khanabad, Ballija, Khanyurdu, and Dashbulag in Khojaly district
16 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrived in the village of Shukurbeyli in Jabrayil district
16 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 256 people returned to the Jabrayil and Khojaly districts
15 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrive in the city of Zangilan and the village of Shukurbeyli in Jabrayil district
15 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of the villages of Badara, Khanabad, Ballija, and Khanyurdu in Khojaly district have been informed about social protection measures and mine safety
15 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 479 people returned to the city of Zangilan and the village of Shukurbeyli in the Jabrayil district
13 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrive in Zangilan city
13 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 97 more families to the village of Shukurbeyli in Jabrayil district
13 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 654 people returned to the city of Zangilan and the village of Shukurbeyli in the Jabrayil district
12 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 18 more families to Khojavend
12 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates residents to Khojavend city, Girmizi Bazar settlement and Khojavend village
08 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrive in Aghdam city
08 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 57 more families to Khojavend
08 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: Azerbaijan relocates another group of residents to Aghdam and Khojavend cities
06 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Khojavand city and Girmizi Bazar settlement village have been informed about social protection measures and mine safety.
06 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı The natural wonder of Kalbajar – Istisu
04 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Beekeeping is being revived in Lachin
02 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı The smile created by the Great Return
30 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to Khojavend village
30 April, 2026 / Mətbuat xidmətinin məlumatı The next resettlement convoy has been dispatched to Khojavend village of Khojavend district