"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 974
Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması müzakirə edilib
Mətbuat xidmətinin məlumatı 21 February, 2025

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndələri ilə görüş keçirilib. Görüşdə işğaldan azad edilmiş ərazilərə qayıdacaq keçmiş məcburi köçkünlərin gəlir gətirən sahələr üzrə peşə təlimlərinə cəlb edilməsi istiqamətində birgə əməkdaşlıq perspektivləri müzakirə olunub. Qonaqlara Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq həyata keçirilən Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Dövlət Komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verilib. Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov bildirib ki, Qarabağa və Şərqi Zəngəzura qayıdışı başlanmış keçmiş məcburi köçkünlərin məşğulluğu, yeni yaşayış şəraitinə adaptasiyası və iqtisadi fəaliyyətə reinteqrasiyası mühüm vəzifələrdən biridir. Bu istiqamətdə Dövlət Komitəsi tərəfindən müxtəlif layihələr icra olunur, geri qayıdan əmək qabiliyyətli şəxslər üçün peşə təlimləri və məşğulluğa dəstək tədbirləri təşkil edilir. Keçmiş məcburi köçkünlərin qayıdışa hazırlanması prosesində digər dövlət qurumlarının iştirakı isə təqdirəlayiqdir. TKTA-nın Hüquq Təminatı Departamentinin direktoru Vüqar Bağırlı keçmiş məcburi köçkünlərin kvalifikasiyasının tanınması, onların özünüməşğulluq imkanlarının artırılması, bu sahədə həyata keçirilən tədbirlər, eləcə də peşə təlimlərinə cəlb edilmiş şəxslərin sayı və imtahan prosesi barədə məlumat verib. Daha sonra TKTA-nın Qeyri-formal və İnformal Təhsilin Tanınması Şöbəsinin müdiri Mansur Rəhimli təqdimatla çıxış edib. O, ölkəmizdə peşə təhsilinin cari vəziyyəti, formal təhsil ala bilməyən, lakin müxtəlif vasitələrlə peşə bacarıqları əldə edən şəxslərin peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinə keçmiş məcburi köçkünlərin cəlb edilməsinin əhəmiyyəti haqqında danışıb. TKTA tərəfindən verilən sertifikat və diplomların onların məşğulluq imkanlarının genişləndirilməsinə təsiri vurğulanıb. Görüşdə keçmiş məcburi köçkünlərin əmək bazarına inteqrasiyası, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və bu sahədə əməkdaşlığın vacibliyi qeyd edilib. 

 

 

06 November, 2026 / Mətbuat xidmətinin məlumatı Məktəblilər arasında esse müsabiqəsi elan edilir
06 November, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Zəfər Günü münasibətilə "Qarabağ, sən dirçəlirsən!" adlı fləşmob keçirib
30 October, 2026 / Mətbuat xidmətinin məlumatı 78 more families relocated to liberated territories under Great Return Program
30 October, 2026 / Mətbuat xidmətinin məlumatı The return of Aghdam and Khojavend residents to their native land continues
29 October, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhər sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
23 October, 2026 / Mətbuat xidmətinin məlumatı Khojavend and Aghdara residents return to their native lands
22 October, 2026 / Mətbuat xidmətinin məlumatı Khojaly residents receive keys to their new homes
22 October, 2026 / Mətbuat xidmətinin məlumatı Residents resettled in Aghdara district arrive at their new homes
22 October, 2026 / Mətbuat xidmətinin məlumatı Return of Khojaly and Aghdara residents to their native lands continues
13 October, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Huseynov spoke about the Great Return process at the session of the UNHCR
12 October, 2026 / Mətbuat xidmətinin məlumatı Return to Lachin: A New Rhythm of Life in Beylik
08 October, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Həsənriz kəndində mina təhlükəsinə dair maarifləndirmə sessiyaları keçirilib
06 October, 2026 / Mətbuat xidmətinin məlumatı Cari ilin sentyabr ayında 302 ailə doğma torpaqlarına qayıdıb
05 October, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin “Qaynar xətt” və “Çağrı mərkəzi” xidmətlərinə sentyabr ayında 9847 müraciət daxil olub
02 October, 2026 / Mətbuat xidmətinin məlumatı Sosial müdafiə tədbirləri barədə məlumatlılıq artırılır
30 September, 2026 / Mətbuat xidmətinin məlumatı Khojaly city welcomes another 78 residents
30 September, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Khojavand city return to their homeland
30 September, 2026 / Mətbuat xidmətinin məlumatı Residents resettled in Shukurbayli village of Jabrayil district arrive at their new homes
30 September, 2026 / Mətbuat xidmətinin məlumatı Another 17 families return to their homeland
30 September, 2026 / Mətbuat xidmətinin məlumatı Another resettlement convoy departs for Shukurbayli village