"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 835
Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması müzakirə edilib
Mətbuat xidmətinin məlumatı 21 Fevral, 2025

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndələri ilə görüş keçirilib. Görüşdə işğaldan azad edilmiş ərazilərə qayıdacaq keçmiş məcburi köçkünlərin gəlir gətirən sahələr üzrə peşə təlimlərinə cəlb edilməsi istiqamətində birgə əməkdaşlıq perspektivləri müzakirə olunub. Qonaqlara Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq həyata keçirilən Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Dövlət Komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verilib. Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov bildirib ki, Qarabağa və Şərqi Zəngəzura qayıdışı başlanmış keçmiş məcburi köçkünlərin məşğulluğu, yeni yaşayış şəraitinə adaptasiyası və iqtisadi fəaliyyətə reinteqrasiyası mühüm vəzifələrdən biridir. Bu istiqamətdə Dövlət Komitəsi tərəfindən müxtəlif layihələr icra olunur, geri qayıdan əmək qabiliyyətli şəxslər üçün peşə təlimləri və məşğulluğa dəstək tədbirləri təşkil edilir. Keçmiş məcburi köçkünlərin qayıdışa hazırlanması prosesində digər dövlət qurumlarının iştirakı isə təqdirəlayiqdir. TKTA-nın Hüquq Təminatı Departamentinin direktoru Vüqar Bağırlı keçmiş məcburi köçkünlərin kvalifikasiyasının tanınması, onların özünüməşğulluq imkanlarının artırılması, bu sahədə həyata keçirilən tədbirlər, eləcə də peşə təlimlərinə cəlb edilmiş şəxslərin sayı və imtahan prosesi barədə məlumat verib. Daha sonra TKTA-nın Qeyri-formal və İnformal Təhsilin Tanınması Şöbəsinin müdiri Mansur Rəhimli təqdimatla çıxış edib. O, ölkəmizdə peşə təhsilinin cari vəziyyəti, formal təhsil ala bilməyən, lakin müxtəlif vasitələrlə peşə bacarıqları əldə edən şəxslərin peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinə keçmiş məcburi köçkünlərin cəlb edilməsinin əhəmiyyəti haqqında danışıb. TKTA tərəfindən verilən sertifikat və diplomların onların məşğulluq imkanlarının genişləndirilməsinə təsiri vurğulanıb. Görüşdə keçmiş məcburi köçkünlərin əmək bazarına inteqrasiyası, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və bu sahədə əməkdaşlığın vacibliyi qeyd edilib. 

 

 

30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb