"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 3450
Xocalılar doğma yurda qayıdırlar
Mətbuat xidmətinin məlumatı 29 MAY, 2024

Qarabağda xalqımıza qarşı törədilən ən amansız cinayətlərdən olan Xocalı soyqırımından sağ çıxmış və uzun illər məcburi köçkün həyatı yaşamış sakinlərin, Prezident İlham Əliyevin tapşırığına əsasən, yenidən bərpa edilən və tikilən doğma şəhərə qayıdışı başlanıb. Bu, Böyük Qayıdışın xüsusilə yaddaqalan hadisəsidir.

Məcburi köçkünlük dövründə xocalılar dövlətimizin qayğısı ilə əhatə olunublar. İstər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə, istərsə də Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi iyirmi bir il ərzində onların sosial problemlərinin həlli daim diqqətdə saxlanılıb. Xocalı soyqırımının dünyada tanıdılması, erməni vəhşiliyi ilə üzləşmiş, ailə üzvlərini, yaxınlarını itirmiş şəhər sakinlərinə hərtərəfli kömək göstərilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da ictimai-siyasi fəaliyyətində mühüm istiqamətdir.

2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış zəfər, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı düşmən tapdağından tamamilə azad edildi və şəhərdə sürətlə bərpa-quruculuq işlərinə başlanıldı. Azərbaycanın Müstəqillik Günü ərəfəsində xocalıların ilk köç karvanı doğma yurdu sevindirmək, şəhid ruhlarını şad etmək üçün Bakının Qaradağ rayonunda yola çıxdı... Bu karvanda hər iki valideynini itirənlər, uşaqkən köçkünlüyün çətinliklərini görənlər də var, soyqırımı şahidləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, əlilləri də...

Mayın 28-də Xocalı şəhərinə gəlib çatan köç karvanındakı 20 ailə (81 nəfər) artıq öz evlərində yerləşdirilib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. Onlara evlərin açarları təqdim edilib. Xocalılar torpaqlarımızın işğaldan azad edilməsinə, onların doğma yurda qayıdışının təmin edilməsinə görə dövlətmizin başçısına minnətdarlıqlarını bildiriblər.

Mayın 29-da Bakıdan yola salınan növbəti köç karvanında daha 24 ailə (88 nəfər) Xocalı şəhərinə çatıb. Onları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar. Xüsusi nümayəndəliyin və Dövlət Komitəsinin məsul əməkdaşları onlara evlərin açarlarını təqdim ediblər.

Hazırda Xocalı şəhərinə, ümumilikdə, 44 ailə (169 nəfər) köçürülüb. Köçürülmə davam etdiriləcəkdir.

18 November, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb
18 November, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb
18 November, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb
18 November, 2025 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
15 November, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb
15 November, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb
15 November, 2025 / Mətbuat xidmətinin məlumatı Zəngilan rayonunun Məmmədbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərinə növbəti köç karvanları yola salınıb
14 November, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Zəngilan rayonunun Ağalı kəndinə çatıb
14 November, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə çatıb
14 November, 2025 / Mətbuat xidmətinin məlumatı Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
14 November, 2025 / Mətbuat xidmətinin məlumatı Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç karvanı yola salınıb
13 November, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə və Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə çatıb
13 November, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Vəngli kəndinə və Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə növbəti köç karvanları yola salınıb
09 November, 2025 / Mətbuat xidmətinin məlumatı Dövlət Bayrağı Günü münasibəti ilə fləşmob təşkil olunub
08 November, 2025 / Mətbuat xidmətinin məlumatı Doğma yurd, adın adımdır! Qürurum, fərəhim, varlığımsan!
31 October, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb
31 October, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdamın Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb
30 October, 2025 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Vəngli kəndinə çatıb
30 October, 2025 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb
30 October, 2025 / Mətbuat xidmətinin məlumatı Yeni fləşmob: uşaqların Qayıdış sevinci...