"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 3611
Xocalılar doğma yurda qayıdırlar
Mətbuat xidmətinin məlumatı 29 May, 2024

Qarabağda xalqımıza qarşı törədilən ən amansız cinayətlərdən olan Xocalı soyqırımından sağ çıxmış və uzun illər məcburi köçkün həyatı yaşamış sakinlərin, Prezident İlham Əliyevin tapşırığına əsasən, yenidən bərpa edilən və tikilən doğma şəhərə qayıdışı başlanıb. Bu, Böyük Qayıdışın xüsusilə yaddaqalan hadisəsidir.

Məcburi köçkünlük dövründə xocalılar dövlətimizin qayğısı ilə əhatə olunublar. İstər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə, istərsə də Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi iyirmi bir il ərzində onların sosial problemlərinin həlli daim diqqətdə saxlanılıb. Xocalı soyqırımının dünyada tanıdılması, erməni vəhşiliyi ilə üzləşmiş, ailə üzvlərini, yaxınlarını itirmiş şəhər sakinlərinə hərtərəfli kömək göstərilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da ictimai-siyasi fəaliyyətində mühüm istiqamətdir.

2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış zəfər, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı düşmən tapdağından tamamilə azad edildi və şəhərdə sürətlə bərpa-quruculuq işlərinə başlanıldı. Azərbaycanın Müstəqillik Günü ərəfəsində xocalıların ilk köç karvanı doğma yurdu sevindirmək, şəhid ruhlarını şad etmək üçün Bakının Qaradağ rayonunda yola çıxdı... Bu karvanda hər iki valideynini itirənlər, uşaqkən köçkünlüyün çətinliklərini görənlər də var, soyqırımı şahidləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, əlilləri də...

Mayın 28-də Xocalı şəhərinə gəlib çatan köç karvanındakı 20 ailə (81 nəfər) artıq öz evlərində yerləşdirilib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. Onlara evlərin açarları təqdim edilib. Xocalılar torpaqlarımızın işğaldan azad edilməsinə, onların doğma yurda qayıdışının təmin edilməsinə görə dövlətmizin başçısına minnətdarlıqlarını bildiriblər.

Mayın 29-da Bakıdan yola salınan növbəti köç karvanında daha 24 ailə (88 nəfər) Xocalı şəhərinə çatıb. Onları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar. Xüsusi nümayəndəliyin və Dövlət Komitəsinin məsul əməkdaşları onlara evlərin açarlarını təqdim ediblər.

Hazırda Xocalı şəhərinə, ümumilikdə, 44 ailə (169 nəfər) köçürülüb. Köçürülmə davam etdiriləcəkdir.

04 May, 2026 / Mətbuat xidmətinin məlumatı Laçında arıçılıq yenidən dirçəldilir
02 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdışın yaratdığı təbəssüm
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd kəndinə çatıb
30 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə çatıb
29 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Xanoba kəndinə çatıb
28 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Xanoba kəndinə növbəti köç karvanları yola salınıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastrı
24 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
23 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri, Qırmızı Bazar qəsəbəsi və Badara kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub