"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 2128
Əlaqələndirmə Qərargahının iclasında işğaldan azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olunub
Mətbuat xidmətinin məlumatı 04 August, 2021

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının avqustun 4-də növbəti iclası keçirilib.

 

İclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı işğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurma prosesləri ilə əlaqədar verdiyi tapşırıq və göstərişlərin, aparılan işlərin istiqamət və prioritetlərinin müəyyən edilməsi baxımından xüsusi əhəmiyyətini vurğulayıb.

 

Ümummilli prioritetlərdən biri olan bərpa və yenidənqurma proseslərinin maksimum səmərəli, keyfiyyətli, sürətli, planlı və əlaqələndirilmiş şəkildə icrasının əsas məqsəd olduğunu qeyd edən Qərargahın rəhbəri görülən işlərin dinamik olaraq dəyişən vəziyyətə uyğun icrasının vacibliyini bildirib.

 

İclasda əhalinin qayıdışı, şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatı, işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın inkişafı, şəhərsalma, nəqliyyat-infrastruktur layihələrinin müfəssəl planlaşdırılması və ahəngdar icrası ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə edilib. Qaldırılmış məsələlərlə əlaqədar növbəti addımlar müəyyən edilib və müvafiq tapşırıqlar verilib.

 

İşğaldan azad edilmiş ərazilərin yeni iqtisadi rayonlar bölgüsü nəzərə alınmaqla, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bərpası və yenidən qurulması işlərinin sürətlə və yüksək peşəkarlıqla aparılması üçün bütün imkanların səfərbər edilməsinin vacibliyi vurğulanıb.

15 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 479 people returned to the city of Zangilan and the village of Shukurbeyli in the Jabrayil district
13 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrive in Zangilan city
13 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 97 more families to the village of Shukurbeyli in Jabrayil district
13 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: 654 people returned to the city of Zangilan and the village of Shukurbeyli in the Jabrayil district
12 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 18 more families to Khojavend
12 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates residents to Khojavend city, Girmizi Bazar settlement and Khojavend village
08 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: New residents arrive in Aghdam city
08 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates 57 more families to Khojavend
08 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: Azerbaijan relocates another group of residents to Aghdam and Khojavend cities
06 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Residents of Khojavand city and Girmizi Bazar settlement village have been informed about social protection measures and mine safety.
06 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı The natural wonder of Kalbajar – Istisu
04 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı Beekeeping is being revived in Lachin
02 MAY, 2026 / Mətbuat xidmətinin məlumatı The smile created by the Great Return
30 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to Khojavend village
30 April, 2026 / Mətbuat xidmətinin məlumatı The next resettlement convoy has been dispatched to Khojavend village of Khojavend district
29 April, 2026 / Mətbuat xidmətinin məlumatı Great Return: Azerbaijan relocates another group of residents to the villages of Badara, Khanabad, Tazabina, and Khanyurdu in Khojaly district
29 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates former IDPs to the villages of Badara, Khanabad, Tazabina, and Khanyurdu in Khojaly
28 April, 2026 / Mətbuat xidmətinin məlumatı Awareness meetings were held in the temporary settlement areas of IDPs
28 April, 2026 / Mətbuat xidmətinin məlumatı The relocation convoy has arrived in the Girmizi Bazar settlement of Khojavend district
28 April, 2026 / Mətbuat xidmətinin məlumatı Azerbaijan relocates next group of former IDP's to Khojavend