"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2608
Avropa Parlamentinin üzvləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşlar
Mətbuat xidmətinin məlumatı 19 İyul, 2011
Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvləri 2011 ci il iyulun 15-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ilə görüşmüşlər. Komitədə keçirilən görüşdə Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışmış, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyonadək soydaşımızın doğma yurdlarından didərgin düşdüyünü bildirmişdir. Baş nazirin müavini Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edərək demişdir ki, indiyədək bu işlərə 4,5 milyard dollar vəsait sərf olunmuşdur. Bunun 2,6 milyard dolları büdcənin, 1 milyard dolları Dövlət Neft Fondunun, 900 milyon dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir. Hazırda Azərbaycanda 60-dək beynəlxalq humanitar təşkilat fəaliyyət göstərir və Azərbaycan dövləti onlara hər cür şərait yaratmışdır. Ətraflı məlumata görə təşəkkürünü bildirən Avropa Parlamentinin Portuqaliyadan olan üzvü Xose Manuel Fernandes Avropa liderlərinin dünyada mövcud münaqişələrin həlli istiqamətində səylərini artıracaqlarına ümid etdiklərini, geosiyasi baxımdan regionda çox mühüm ölkə olan və sürətlə inkişaf edən Azərbaycanın üzləşdiyi münaqişənin sülh yolu ilə həllinin zəruriliyini vurğulamışdır. Münaqişənin tarixi ilə bağlı hərtərəfli izahatdan razılıq edən Avropa Parlamentinin fransalı üzvü Qaston Franko Bakıda özünü ölkəsindəki kimi hiss etdiyini bildirmişdir. Belçika Parlamentinin üzvü Alan Desteks isə vurğulamışdır ki, Azərbaycan özünü dünyaya daha yaxından tanıtdırmaqla və əsl həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla problemin həllinə kömək etmiş olar. Sonda qonaqlara Dağlıq Qarabağ münaqişəsindən bəhs edən disk və kitab təqdim edilmişdir.
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı şəhəri daha 78 nəfər sakinini qarşıladı
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhər sakinləri doğma yurdlarına qovuşub
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Daha 17 ailə öz ata-baba yurduna qayıdır
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı 16 Xocavənd ailəsinin yurd həsrəti sona çatır
29 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində 2026-cı ilin III rübünün yekunlarına dair iclas keçirilib
28 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı İşğaldan azad edilmiş ərazilərin dəyişən mənzərəsi - 2024
27 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı 27 Sentyabr - Anım Günü ilə əlaqədar Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib
22 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
22 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xankəndi şəhərinə və qəsəbəsinə, Xocalı və Ağdərənin kəndlərinə yola salınan köç karvanları ünvanlara çatıb
22 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb
17 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sakinləri üçün "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib
16 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə və Xocalı sakinləri üçün "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib
15 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə çatıb
15 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Gəncədə kəlbəcərli məktəblilərdən fləşmob: "Təhsilimizlə qayıdırıq!"
15 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb
11 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
10 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
10 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Daha 25 cəbrayıllı ailənin yurd həsrəti sona çatır