"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 558
Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı 10 Aprel, 2026

Laçın rayonunun Arduşlu kəndindən olan Şahin və Vüqar Qədirov qardaşları tərəfindən “Facebook” sosial şəbəkəsində şəxsi hesablarında son günlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə və nüfuzuna xələl gətirəcək əsassız iddialardan, eləcə də Komitənin Aparat rəhbəri Eldar Zeynalovun ünvanına təhqir və böhtan xarakterli ifadələrdən ibarət statuslar paylaşılmışdır.

 

İlkin olaraq bildiririk ki, Şahin Qədirov məcburi köçkün kimi Binəqədi rayonu, Binəqədi şossesində yerləşən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan 2 saylı yataqxanada müvəqqəti olaraq qeydiyyata alınmışdır. O, dövlət tərəfindən mənzillə təmin olunması üçün müxtəlif vaxtlarda Komitəyə ərizə ilə müraciət etmiş və rəhbərlik tərəfindən qəbul edilərək dinlənilmişdir. Müraciət müəllifinə Komitənin məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunda boş yaşayış sahəsinin olmadığı və məcburi köçkün düşdüyü Arduşlu kəndinin yenidən qurulmasından sonra onun da doğma kəndində evlə təmin edilməsi məsələsinə mövcud qaydalar çərçivəsində baxılacağı barədə rəsmi olaraq məlumat verilmişdir.

 

Şahin Qədirovun yenidən Komitəyə müraciəti nəzərə alınaraq o, 2026-cı il 8 aprel tarixində Aparat rəhbəri Eldar Zeynalov tərəfindən qəbul edilmişdir. Müraciət müəllifi hazırda fasilələrlə kirayə və qohum evlərində yaşadığını əsas gətirərək, antiterror əməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrindən birində onun iki otaqdan ibarət evlə təmin olunmasını israrla tələb etmişdir.

 

Komitədə fəaliyyət göstərən “Daimi Məskunlaşma Komissiyası”nın üzvləri tərəfindən aparılmış araşdırma zamanı Ş.Qədirovun həyat yoldaşından rəsmi qaydada boşandığı və bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaya əsasən ona yalnız bir otaqdan ibarət evin verilə biləcəyi müəyyən olunmuşdur. Bu bərədə, eləcə də hazırda antiterror əməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrində bərpa edilmiş evlər arasında bir otaqdan ibarət evin olmadığı, gələcəkdə qeyd olunan yaşayış sahəsinə uyğun ev olduğu təqdirdə müraciətinin müsbət həll ediləcəyi onun diqqətinə çatdırılmışdır.

 

Bütün qeyd olunanlardan sonra, əsassız tələblərinin yerinə yetirilmədiyini görən Şahin Qədirov, qardaşı Vüqar Qədirovla birgə Dövlət Komitəsinin və onun vəzifəli şəxsinin ünvanına şər və böhtan xarakterli qərəzli fikirlərini sosial şəbəkə hesablarında paylaşmış, öz maraqlarını təmin etmək üçün ictimai çaşğınlıq və dövlət qurumuna inamsızlıq yaratmağa cəhd etmişlər.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, dövlət orqanına və ya vəzifəli şəxsə qarşı bilərəkdən yalan, nüfuzdan salan məlumatların (böhtan və təhqir) yayılmasının Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi məsuliyyət yaratdığını vətəndaşların diqqətinə çatdırır  və onların  qanunazidd hərəkətləri ilə bağlı müvafiq hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır.

 

 

Azərbaycan Respublikası Qaçqınların və

Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

 

21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
13 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Zəngilan şəhərinə çatıb
13 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
13 May, 2026 / Mətbuat xidmətinin məlumatı Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç karvanları yola salınıb
12 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç olub
12 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
08 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
08 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
08 May, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb