XƏBƏRLƏR
Çap et
1335
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Kollegiya iclası keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı
19 İyul, 2011
Baş nazirin müavini- Dövlətqaçqınkomun sədri Əli Həsənovun sədrliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin iyulun 13-də keçirilən geniş tərkibli isclasında cari ilin birinci rübünün yekunlarının müzakirəsi zamanı qeyd edilmişdir ki, Komitənin kollektivi hesabat dövrü ərzində öz fəaliyyətini qaçqın və məcburi köçkünlərlə bağlı Azərbaycan Respublikasının müvafiq qanunlarına, dövlət başçısının fərman və sərəncamlarına, Nazirlər Kabinetinin sərəncam və qərarlarına uyğun olaraq qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində nəzərə çarpacaq irəliləyişə nail olmuşdur.
Bütün bunların hərtərəfli təhlil edildiyi kollegiya iclasında qeyd olunmuşdur ki, son illər ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar kontekstində qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, onların işlə təmin edilməsi, səhiyyə xidmətinin təşkili, uşaqların və gənclərin təhsilə cəlb edilməsi istiqamətində görülən tədbirlərin həyata keçirilməsi Ümummilli liderin hazırladığı və həyata keçirtdiyi stategiyanın nəticəsidir. Hazırda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli dövlət başçısı cənab İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır və onlara qayğı və diqqət bu gün də prioritet kimi diqqət mərkəzində durur.
Hesabat dövrü ərzində Azərbaycan respublikası Prezidentinin 2011- ci il 21 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 2004- cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” na Əlavələrin təsdiq edildiyi xüsusi vurğulanan kollegiyada bildirilmişdir ki, adı çəkilən Əlavələrdə 2015- ci ilədək məcburi köçkünlərin sosial müdafiəsini gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə uzunmüddətli, kompleks vəzifələr müəyyənləşdirilmiş və ötən müddət ərzində Komitə tərəfindən bu istiqamətdə bir sıra işlər görülmüş və tədbirlər həyata keçirilmişdir.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində 742 nəfər daimi işlə təmin olunmuş, 258 nəfərə işsizlik statusu verilmiş, 296 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 284 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına cəlb olunmuşdur.
Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanmış Kredit Sazişi üzrə 2011- ci ilin 6 ayı ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 85 müxtəlif növ icma mikrolayihəsi başa çatmışdır və bu mikrolayihələrdən 33,5 min nəfər əhali faydalanmışdır ki, bunlardan da 23,4 mini məcburi köçkünlərdir. Dünya Bankı və Azərbaycan Hökumətinin maliyyə vəsaiti hesabına Azərbaycanın müxtəlif rayon və şəhərlərində 179 nəfərə, o cümlədən 147 nəfər məcburi köçkünə, ümumi məbləği 276 min manat təşkil edən mikrokreditlər verilmişdir. Bu mikrokreditlərdən 524 nəfər məcburi köçkün faydalanmışdır ki, bu da onların məşğulluğunun təmin edilməsində mühüm önəm daşıyır.
Cari ilin 6 ayı ərzində məcburi köçkünlərin kommunal xidmətlərlə bağlı yaranmış problemlərin həll edilməsi üçün Dövlətqaçqınkom tərəfindən respublikanın müxtəlif şəhər və rayonlarının 41 məskunlaşma obyektlərinə 20 ədəd müxtəlif markalı güc transformatorları, 12 ədəd KTP şkafları, 32 ədəd artezian və digər su nasosları, 2030 metr müxtəlif markalı güc kabelləri, 37000 metr elektrik naqili və bir sıra başqa yardımçı avadanlıq və materiallar verilmişdir. Xidmət təşkilatları ilə əlaqə saxlanılaraq bir çox güc transformatorları əsaslı təmir edilmiş, bir çox obyektlərdə elektrik xətləri və kabellər dəyişdirilmiş və elektrik təchizatındakı problemlər aradan qaldırılmışdır.
Hesabat dövrü ərzində qaçqın və məcburi köçkünlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 1 fərman və 1 sərəncam qəbul edilmişdir.
Kollegiya iclasına yekun vuran Baş nazirin müavini- Dövlətqaçqınkomun sədri Əli Həsənov müzakirə olunan məsələlərlə, qarşıda duran vəzifələrlə bağlı konkret tapşırıqlar verməklə əsas diqqəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş dərin məzmunlu nitqinə yönəldərək qeyd etmişdir ki, cənab Prezidentin də dediyi kimi, ötən altı ayda ölkı qarşısında duran bütün iqtisadi və sosial məsələlər uğurla həll olunub, qeyri neft sektoru inkişaf etdirilib, əhalinin pul gəlirləri artıb, yoxsulluğun səviyyəsi aşağı düşüb, büdcə xərclərimiz 20 milyad dollara çatıbdır ki, bu da rekord göstəricidir.
Cənab Prezidentin qətiyyətli mövqeyi, prinsipial addımları nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə, bu işğaldan əziyyət çəkən qaçqın və məcburi köçkün soydaşlarımızın doğma ocaqlarına qayıdacaqlarına əminliyini bildirən Baş nazirin müavini Ə.Həsənov sözünü cənab Prezidentin aşağdakı fikirləri ilə yekunlaşdırmışdır: “Dağlıq Qarabağın Azərbaycandan ayrılması, Dağlıq Qarabağa müstəqilliyin verilməsi, yaxud da Ermənistana birləşdirilməsi heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Nə Azərbaycan rəhbərliyi, nə də Azərbaycan xalqı heç vaxt bunu qəbul etməyəcəkdir”.
20 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin kollektivi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib
18 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
18 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
17 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib
16 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
16 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
15 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb
15 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Şuşa, Xocalı və Ballıcaya növbəti köç karvanı yola salınıb
14 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib
13 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
13 Yanvar, 2025 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
31 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Keçmiş məcburi köçkünlərin Həmrəylik Günü və Yeni il təbriki
30 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə videoçarx hazırlayıb
29 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xuraman Qasımova: “Qarabağ möcüzəli torpaqdır”
27 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb
27 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
25 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
25 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
24 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Məcburi köçkünlər Prezident İlham Əliyevi təbrik ediblər
23 Dekabr, 2024 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb