"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 447
Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
Mətbuat xidmətinin məlumatı 19 May, 2026

Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin, Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri də ətraflı izah edilir.

 

Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Dövlət Komitəsinin maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Xocalı rayonunun Almalı və Pirlər, Şuşanın rayonunun isə Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köçürülən ailələr arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.

 

Qeyd edilən videoçarxlar, mediada mütəmadi olaraq yayımlanır. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi Tədbirlər Planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.

 

06 Noyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Məktəblilər arasında esse müsabiqəsi elan edilir
06 Noyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Zəfər Günü münasibətilə "Qarabağ, sən dirçəlirsən!" adlı fləşmob keçirib
30 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhərinin və Xocavəndin Quzeyxırman kənd sakinləri doğma yurdlarına qovuşub
30 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam və Xocavənd sakinlərinin doğma yurda qayıdışı davam edir
29 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhər sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
23 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd və Ağdərə sakinləri doğma yurdlarına qayıdıblar
22 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı sakinləri doğma yurdlarına qovuşdu
22 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonuna köçürülən sakinlər yeni evlərinə çatıblar
22 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Ağdərə sakinlərinin doğma yurda qayıdışı davam edir
13 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov BMT QAK-ın sessiyasında Böyük Qayıdış prosesi barədə danışıb
12 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Laçına qayıdış: Bəylikdə yeni həyatın ritmi
08 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun Həsənriz kəndində mina təhlükəsinə dair maarifləndirmə sessiyaları keçirilib
06 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Cari ilin sentyabr ayında 302 ailə doğma torpaqlarına qayıdıb
05 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin “Qaynar xətt” və “Çağrı mərkəzi” xidmətlərinə sentyabr ayında 9847 müraciət daxil olub
02 Oktyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Sosial müdafiə tədbirləri barədə məlumatlılıq artırılır
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı şəhəri daha 78 nəfər sakinini qarşıladı
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhər sakinləri doğma yurdlarına qovuşub
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Daha 17 ailə öz ata-baba yurduna qayıdır
30 Sentyabr, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı