"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 219
Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
Mətbuat xidmətinin məlumatı 22 May, 2026

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Bakı şəhərində keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Qoşulmama Hərəkatı Gənclər təşkilatı tərəfindən təşkil olunan "Şəhərlərin təhlükəsiz bərpasında minatəmizləmə fəaliyyətinin rolu" adlı paneldə çıxış edib.

Sədr müavini mina təhlükəsinin aradan qaldırılmasının təhlükəsiz məskunlaşma və dayanıqlı inkişaf baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

F. Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpa olunduğunu, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərin geri qayıdışı ilə bağlı məsələri daim diqqətdə saxladığı və bu sahədə verdiyi tapşırıqların ardıcıllıqla icra olunduğunu bildirilib.

Nəzərə çatdırılıb ki, bərpa edilən və yenidən qurulan yaşayış məntəqələrinə geri qayıdan məcburi köçkünlərin rahat, müasir tələblərə cavab verən mənzillərlə təmin olunması ilə yanaşı, onların təhlükəsizliyinin təmin edilməsi də prioritetdir. Ərazilərimizin işğal altında olduğu dövrdə hətta hərbi təyinatlı olmayan ərazilərin minalarla çirkləndirilməsi, Vətən müharibəsindən sonra qazanılan tarixi Zəfərdən sonra dəqiq mina xəritələrinin Azərbaycana verilməməsi Böyük Qayıdış prosesini ləngidir. Eyni zamanda, minaların mövcudluğu doğma yurdlarına qayıdan məcburi köçkünlərin, Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma layihələrində çalışan müxtəlif peşə sahiblərinin həyatı və sağlamlığı üçün təhlükə yaradır.

Bildirilib ki, mina təhlükəsinə qarşı maarifləndirməni təmin etmək üçün Dövlət Komitəsi aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla birgə iş görür. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Niderlandın Mine Mark Fondu ilə birgə keçirilən təlimlər müxtəlif yaş və peşə sahibi olan məcburi köçkünlərin maarifləndirməsinə xidmət edir. Bu sahədə həyata keçirilən fəaliyyətlə minlərlə məcburi köçkünün maarifləndirilməsinə nail olunub. Eləcə də, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən, təbliğat-təşviqat işləri çərçivəsində hazırlanan sosial çarxlardan 9-u mina təhlükəsinə həsr olunub. Həmin materialların media və sosial şəbəkələrdə, eyni zamanda məcburi köçkünlərlə keçirilən maarifləndirici görüşlərdə mütəmadi olaraq yayımı təmin edilir.

Panel çərçivəsində şəhərlərin dayanıqlı inkişafı, humanitar çağırışlar və gənclərin beynəlxalq təşəbbüslərdə rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

12 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlərlə bağlı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirə olunub
12 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə növbəti köç olub.
08 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd rayonunun sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
03 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov: Təqdim olunan dəyişikliklər məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin olunmasına xidmət edir
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb