"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2385
Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşlar.
Mətbuat xidmətinin məlumatı 06 İyul, 2011
2011-ci il iyulun 5-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüşmüşdür. Komitədə keçirilən görüşdə Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə danışmış, M.Qorbaçovun Sovetlər İttifaqının rəhbəri seçildikdən sonra onun rəğbətindən istifadə edən ermənilərin “Böyük Ermənistan” yaratmaq iddialarının daha da fəallaşdığını, 1988-1992-ci illərdə Ermənistanda etnik təmizləmə həyata keçirildiyini, bu ölkənin ərazisindən azərbaycanlıların misilsiz qəddarlıq və vəhşiliklə köçürüldüyünü, 250 min soydaşımızın oradakı ata-baba yurdlarından qovularaq qaçqına çevrildiyini xatırlatmışdır. Məlumat verilmişdir ki, 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi – Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 822, 853, 874, 884 nömrəli qətnamələr qəbul etmişdir. Lakin Ermənistan bu qətnamələrin heç birinə əməl etmir. Əli Həsənov Azərbaycan dövlətinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirləri qeyd etmiş və vurğulamışdır ki, ölkəmizdə son 20 ildə qaçqın və məcburi köçkünlərə 4,5 milyard dollar vəsait sərf olunmuşdur. Bunun 2,6 milyard dolları büdcə vəsaiti, 1 milyard dolları Dövlət Neft Fondunun vəsaiti, 900 milyon dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir. Hazırda Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün vardır. Onlardan 250 mini 1988-1992-ci illərdə Ermənistandan qovulmuş azərbaycanlılar, 50 mini 1992-ci ildə Özbəkistandan Fərqanə hadisələri zamanı qovulmuş Axıska türkləri, 700 minə qədəri isə Azərbaycanın işğal olunmuş rayonlarından zorla çıxarılmış məcburi köçkünlərdir. Humanitar təşkilatlara Azərbaycan hökuməti adından minnətdarlığını bildirən Əli Həsənov demişdir ki, hökumət bu gün qaçqın və məcburi köçkünlərin sosial problemlərini tam həll etmək iqtidarındadır. Buna baxmayaraq, qaçqın və məcburi köçkünlərin beynəlxalq qurumlarla ünsiyyət qurması, xarici mütəxəssislərin ölkəmizlə tanışlıq imkanı və çoxtərəfli inteqrasiya prosesləri baxımından Azərbaycan hökuməti beynəlxalq donorların fəaliyyətini əlverişli hesab edir. Qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərən Azərbaycan hökuməti bu sahədə beynəlxalq və yerli qurumlarla yaxından əməkdaşlıq edir. Əli Həsənov qaçqın və məcburi köçkünlərin yaşayış yerləri, onların sosial problemlərinin həlli istiqamətində görülən işlər barədə də məlumat vermişdir. Baş nazirin müavini qaçqın və məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirmişdir. O, Azərbaycan ilə Belçika arasında əlaqələrin inkişafına da toxunmuşdur. Qeyd etmişdir ki, Belçika Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. İki ölkə arasında əlaqələr uğurla inkişaf edir. Nümayəndə heyətinə təşəkkürünü bildirən Baş nazirin müavini nəzərə çarpdırmışdır ki, qarşılıqlı səfərlər çox vacibdir. Bu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Ətraflı məlumata görə təşəkkürünü bildirən Belçika parlamentinin üzvü, nümayəndə heyətinin rəhbəri Filip Blanşart bildirmişdir ki, Azərbaycanın zəngin tarixi vardır. Azərbaycan əraziləri zaman-zaman işğallara məruz qalmışdır. Belçika tarixində də bu özünü göstərir. İki ölkə parlamentləri arasında yaxşı əlaqələrimiz vardır. Belçika Azərbaycan ilə təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıqda maraqlıdır. Görüşdə qaçqın və məcburi köçkünlərlə bağlı dövlət siyasətinin icra vəziyyəti və digər maraq doğuran məsələlər müzakirə edilmişdir. Sonda qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən disk və kitab təqdim edilmişdir.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib