"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2770
Azərbaycan hökuməti bu gün qaçqın və məcburi köçkünlərin sosial problemlərini tam həll etmək iqtidarındadır
Mətbuat xidmətinin məlumatı 19 İyun, 2011
2011-ci il iyunun 17-də Azərbaycan və İsveçrə hökumətləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən “Azərbaycanda məcburi köçkünlərin və yerli fermerlərin həyat şəraitinin yaxşılaşdırılması – FAO təcrübəsinin ölkənin digər rayonlarında yeni salınan digər qəsəbələrdə təkrarlanma imkanları” mövzusunda konfrans keçirilmişdir. Konfransı açan İsveçrə İnkişaf və Əməkdaşlıq Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Filip Keller bildirmişdir ki, tədbirin məqsədi məcburi köçkünlərin kənd təsərrüfatı sahəsində bilik və bacarıqlarını artırmaq, onların bu sahədə gəlirlərinin yüksəldilməsi imkanlarını təmin etməkdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş texniki məsləhətçisi Valter de Oliveira Azərbaycan hökuməti, FAO, İnkişaf və Əməkdaşlıq Təşkilatı tərəfindən həyata keçirilən “Azərbaycan Respublikası Ağdam rayonu ərazisində yeni salınmış qəsəbələrdə məskunlaşmış məcburi köçkün və qaçqınlar üçün bacarıqların artırılması naminə inkişaf” layihəsi çərçivəsində görülmüş işlər barədə təqdimatla çıxış etmişdir. Bildirmişdir ki, ümumi dəyəri 1,75 milyon dollar olan layihənin icrasına 2009-cu ilin iyununda başlanmışdır və gələn ilin mayında başa çatacaqdır. Layihədən 925 nəfərdən ibarət 45 fermer qrupu bəhrələnir və 245 ailəni birləşdirən 82 fermer təşkilatı tərəvəz istehsalına cəlb olunmuşdur. Bununla yanaşı, 16 fermer biznes məktəbi də yaradılmışdır. Layihəyə ümumilikdə 14 qəsəbə və 7 kənddə yaşayan 23 min nəfər cəlb olunmuşdur. Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov bu layihənin qaçqınlar və məcburi köçkünlər üçün əhəmiyyətini qeyd etmişdir. Bildirmişdir ki, bu cür layihələr hökumət tərəfindən prioritet layihələr hesab olunur. Baş nazirin müavini maliyyə vəsaitinin çox da yüksək olmadığına baxmayaraq, layihədən bəhrələnənlərin sayının çoxluğu və səmərəliliyin yüksək olması baxımından onun əhəmiyyətini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, bu layihə doğma yurdlarından didərgin düşmələri nəticəsində uzun müddət iş vərdişlərindən uzaq qalmış qaçqın və məcburi köçkünlərin kənd təsərrüfatı sahəsində əvvəlki bacarıqlarının bərpası baxımından mühüm rol oynayır. Azərbaycan hökuməti bu gün qaçqınların və məcburi köçkünlərin sosial problemlərini tam həll etmək iqtidarındadır. Buna baxmayaraq, qaçqın və məcburi köçkünlərin beynəlxalq qurumlarla ünsiyyət qurması, onlarla təcrübə mübadiləsi, xarici mütəxəssislərin ölkəmizlə tanışlıq imkanı və çoxtərəfli inteqrasiya prosesləri baxımından Azərbaycan hökuməti beynəlxalq donorların fəaliyyətini əlverişli hesab edir. Qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərən Azərbaycan hökuməti bu sahədə beynəlxalq və yerli qurumlarla yaxından əməkdaşlıq edir. Dövlət tərəfindən son 20 il ərzində bir milyon qaçqın və məcburi köçkün üçün 4,5 milyard dollar vəsait sərf olunmuşdur. Bunun 2,6 milyard dolları büdcənin, 1 milyard dolları Dövlət Neft Fondunun, 0,9 milyard dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitləridir. Hazırda Azərbaycanda 60-dək beynəlxalq, 40 yerli təşkilat bu sahədə müxtəlif layihələr həyata keçirir. Bildirilmişdir ki, məcburi köçkünlər üçün yeni salınan qəsəbələrdə bu layihələr davam etdiriləcəkdir. Bu baxımdan Azərbaycan dövləti beynəlxalq humanitar təşkilatların sərbəst, şəffaf fəaliyyəti üçün bütün şəraiti yaratmışdır. Baş nazirin müavini qaçqın və məcburi köçkünlər üçün gələcəkdə də həyata keçiriləcək layihələrlə bağlı tövsiyələrini bildirmişdir. Qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı beynəlxalq təşkilatların fəaliyyətini yüksək qiymətləndirən Ə.Həsənov həmin qurumların hazırladıqları hesabatlarda, təqdimat filmlərində bu insanların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma torpaqlarından didərgin salınmalarının də əks olunmasının zəruriliyini vurğulamışdır. Tədbirdə həmçinin İsveçrənin ölkəmizdəki səfiri xanım Sabina Ulman Şaban, Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev , İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov , Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov, FAO-nun ölkəmiz üzrə nümayəndəsi və Mərkəzi Asiya üzrə subregional əlaqələndiricisi Mustafa Sinaser, Braziliya Federativ Respublikasının Aqrar İnkişaf Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Françesko Pierrin, Bank olmayan kredit təşkilatı “Caspian İnvest” MMC-nin direktoru Natiq Məmmədov layihənin əhəmiyyəti və nəticələri barədə çıxış etmişdirlər.
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
13 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Zəngilan şəhərinə çatıb
13 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
13 May, 2026 / Mətbuat xidmətinin məlumatı Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç karvanları yola salınıb
12 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç olub
12 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb
08 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
08 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xocavənd şəhərinə çatıb
08 May, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb