"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 948
Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirilib
Mətbuat xidmətinin məlumatı 22 May, 2025

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkün məktəblilər arasında Böyük Qayıdışa həsr olunmuş “Zəfər” şahmat turniri keçirib. “Konstitusiya və Suverenlik ili” çərçivəsində, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Bakıda “Məmmədyarovlar” şahmat məktəbində təşkil olunmuş turnirdə Qarabağ və Şərqi Zəngəzur təhsil müəssisələrinin 60-dan çox şagirdi iştirak edib. Turnirin açılış mərasimində diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev gənc nəslin təhsili ilə yanaşı mənəvi-fiziki və əqli inkişafına da daim qayğı göstərib. O, geniş zəka, məntiqi düşüncə, sağlam əhval-ruhiyyə tələb edən xüsusi idman növü kimi şahmatın ölkəmizdə kütləviliyinin təmin olunmasına mühüm töhfələr verib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın şahmat ənənələri dirçəldilib, idmançılarımız yüksək nəticələrə nail olaraq xalqımızı sevindiriblər. Açılış mərasimində çıxış edən Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın genişmiqyaslı bir proses olduğunu, doğma yurda geri qayıdan gənc nəslin hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradılmasının da bu prosesdə diqqət mərkəzində dayandığını bildirib. Vaxtilə Qarabağda və Şərqi Zəngəzurda şahmat məktəblərinin mövcud olduğunu, həmin məktəblərin işğal dövründə də fəaliyyətini davam etdirdiyi xatırladılıb, əslən Zəngilan rayonundan olan Məmmədyarovlar ailəsi üzvlərinin Azərbaycanda şahmatın inkişafında müstəsna rol oynadıqları, bir sıra nüfuzlu beynəlxalq yarışların qalibi olduqları vurğulanıb, “Zəfər” turnirinə dəstək verdikləri üçün onlara minnətdarlıq bildirilib. Qeyd olunub ki, Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanı təmin edəcək amillər arasında uşaqların, yeniyetmələrin və gənclərin asudə vaxtlarının səmərəli təşkili, o cümlədən onların müxtəlif idman növləri ilə məşğul olması üçün imkanlar yaradılması da önəmli yer tutur və Böyük Qayıdışın prioritetlərindən hesab olunur. Açılış mərasimində Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib. Yeddi turdan ibarət olan yarışdan sonra oğlanlar və qızlar arasında ilk 3 yerin qalibləri müəyyənləşib, onlara diplom, turnirin bütün iştirakçılarına isə sertifikat təqdim edilib. Beynəlxalq qrossmeyster, “Məmmədyarovlar” şahmat məktəbinin rəhbəri Zeynəb Məmmədyarova qaliblərə ustad dərsi keçib. Turnirin sonunda qaliblərdən biri ilə Zəngilan rayonunun Ağalı kənd məktəbinin şagirdi arasında onlayn formatda şahmat yarışı təşkil olunub. 

 

 

 

08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Kiçik Qaladərəsi kəndinə çatıb
08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Xocavənd rayonuna çatıb
08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Şuşanın Kiçik Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
08 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə ilk köç karvanları yola salınıb
07 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı “Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkünlər arasında sorğu layihəsinə start verilib
07 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
07 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
06 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
06 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
01 İyul, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinin və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
30 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Milli Məclis məcburi köçkünlərin statusuna dair yeni qanun layihəsini təsdiqləyib
25 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə çatıb
25 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Xankəndi şəhəri, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərə rayonlarına 237 nəfər köçdü
23 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Komitəsinin bir qrup əməkdaşı təltif edilib
22 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç olub
19 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Xankəndi şəhərinə çatıb
19 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
17 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib
17 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
17 İyun, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdərə rayonunun sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib