"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2082
Mark Field: Ədalətin qalib gələcəyinə inanıram.İngiltərə parlamentinin nümayəndə heyəti məcburi köçkünlərlə görüşmüşdür
Mətbuat xidmətinin məlumatı 30 May, 2011
Mayın 28-də Britaniya-Azərbaycan parlament qrupunun sədri, Konservativ Partiyasının, “Cities of London and Westminster” ərazisindən Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin üzvü Mark Fieldin başçılıq etdiyi nümayəndə heyəti məcburi köçkünlərlə grüşmüşdür. Nümayəndə heyəti əvvəlcə Dərnəgül tələbə şəhərciyində Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında olmuşdur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov qonaqlara məlumat vermişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş Əlavələr, “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2011-ci il 21 fevral tarixli Sərəncam uğurla icra olunur. Ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınmış, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüş, 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni binalar tikilir, məhəllələr salınır. Qonaqlar yataqxanada şəraitlə tanış olmuşlar. Füzuli rayonundan məcburi köçkün Abbas Əliyevin ailəsində onlara məlumat verilmişdir ki, 16 kvadratmetrlik bu otaqda 6 nəfər yaşayır. İngiltərə parlamentinin üzvləri buradan Binəqədinin 7-ci mikrorayonunda 2 nömrəli evtikmə kombinatının ərazisində salınmış məhəlləyə gəlmişlər. Qonaqlara bildirilmişdir ki. ki, burada hər biri 9 mərtəbədən ibarət olan 6 binada 369 ailə müvəqqəti məskunlaşmışdır. Ərazidə hər cür infrastruktur yaradılmışdır. Məhəllənin sakinləri doğma yurdlarına qayıdandan sonra bu binalar dövlət fondunda qalacaqdır. Bakıda təxminən 2 min ailə bu şəraitdə yaşayır. 2015-ci ilə qədər məcburi köçkünlərin böyük əksəriyyətinin mənzil-məişət problemi həll ediləcəkdir. Qonaqlar ərazilər azad olunub əhali geri qayıdandan sonrakı şəraitlə maraqlanmışlar. G. Fərhadov “Böyük qayıdış” proqramı haqqında söz açmışdır. Bildirmişdir ki, sülh müqaviləsi imzalanandan sonra azad edilmiş ərazilərdə ilk növbədə minadan təmizləmə işləri aparılacaqdır. Sonra infrastruktur yaradılacaq, binalar tikiləcək və adamlar qayıdış üçün hazırlanacaqlar. İlk üç il ərzində onların istifadə etdikləri bütün imtiyazlar saxlanılacaqdır. Mark Field müxbirimizə bildirmişdir ki, üçüncü gündür Azərbaycandayıq. Məqsədimiz Azərbaycan haqqında məlumatları Böyük Britaniya parlamentinin üzvlərinə çatdırmaqdır. Görüşdüyümüz adamların hamısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini ölkə üçün bir nömrəli problem hesab edir. Biz Azərbaycanın bu məsələ ilə bağlı keçirdiyi narahatlığı başa düşürük. Bu mənim Azərbaycana ilk səfərim deyildir. Hər gəlişimdə böyük dəyişikliklərin şahidi oluram. Azərbaycan hökumətinin qaçqınların və məcburi köçkünlərin sosial şəraitini yaxşılaşdırmaq barədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini alqışlayıram. Mən burada gördüklərimi öz ölkəmizdə, digər Avropa ölkələrində bölüşəcəyəm. Ədalətin qalib gələcəyinə inanıram.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib