XƏBƏRLƏR
Çap et
2137
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Gorus-2010: absurd teatrı mövsümü” kitabı müzakirə edilmişdir.
Mətbuat xidmətinin məlumatı
30 May, 2011
2011-ci il mayın 27-də Respublika Günü ərəfəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabı müzakirə edilmişdir.
Tədbirdə Prezident Administrasiyasının, Nazirlər Kabinetinin məsul işçiləri, əraziləri işğal olunmuş rayonlardan Milli Məclisə seçilmiş deputatlar, bu rayonların icra hakimiyyətlərinin başçıları, komitənin əməkdaşları iştirak etmişlər.
Mərasimdən əvvəl qurumun Heydər Əliyev guşəsində ümummilli liderin büstü önünə tər qızılgüllər qoyulmuşdur.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ermənistan prezidenti Serj Sarkisyanın absurd teatrından ötrü nə üçün məhz Gorusu seçməsi məsələsinə aydınlıq gətirmişdir: “Gorus erməniləri həmişə qatı antitürk mövqeyi, türklərə qarşı qəddarlıqları ilə fərqlənmişlər”, - deyə o vurğulamışdır. Bildirmişdir ki, akademik Ramiz Mehdiyev bu kitabında S.Sarkisyanın iç üzünü açmış, erməni liderlərinin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq cəhdlərini elmi dəlillərlə ifşa etmişdir. Ermənistan dövlətinin əzəli Azərbaycan torpaqlarında yaradıldığını, ermənilərin Cənubi Qafqaza gəlmə olduqlarını tarixi faktlarla diqqətə çatdırmışdır. Əli Həsənov xüsusi vurğulamışdır ki, görkəmli filosof erməni yalanlarının ifşası üçün rus tarixçilərinin, ermənilərin öz alimlərinin əsərlərindən istifadə etmişdir. Baş nazirin müavini kitabı çox böyük təbliğat materialı adlandırmışdır.
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev qeyd etmişdir ki, “Gorus-2010: absurd teatrı mövsümü” kitabı xalqımız üçün olduqca əhəmiyyətli bir məsələnin təhlilinə həsr olunmuşdur və nəinki təkcə Qafqazda, həm də bütövlükdə Avropada gedən proseslərə verilən bir qiymətdir. Çünki hər hansı bir ərazidə baş vermiş hadisə lokal xarakter daşımır. Ona görə ki, dünyada qloballaşma prosesi gedir və Cənubi Qafqaz, ilk növbədə Azərbaycan Avropa sisteminə, dünya birliyinə sürətlə inteqrasiya edir. Bu baxımdan bölgədə hər hansı bir hadisənin regional xarakter daşıdığını demək olmaz. Natiq qeyd etmişdir ki, ermənilər həmişə “Böyük Ermənistan” xülyasını gerçəkləşdirməyə can atıblar. Bu zaman onlar heç bir tarixi fakta söykənməyib, Azərbaycan xalqının onlara etdiyi yaxşılıqları heç vaxt dilə gətirməyiblər. Ümumiyyətlə, tarix göstərir ki, ermənilər onlara himayədarlıq göstərmiş dövlətlərə, xalqlara həmişə xəyanət etmişlər.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Vüqar Səlimov,Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov ,Qaçqın və məcburi köçkünlər adından İsbəndiyar Əbdüləzimov çıxış edərək “Gorus-2010: absurd teatrı mövsümü” kitabını - erməni yalanlarına qarşı bu tutarlı cavabı alqışlamışdır.
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Ağdam şəhərinə çatıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavəndin Qırmızı Bazar qəsəbəsibə növbəti köç karvanları yola salınıb
21 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
17 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov platformasına inteqrasiya olunub
15 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdam şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Ağdərə və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
14 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Doğma yurdda xoşbəxt uşaqlıq
10 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı
09 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Gözün aydın, ay Laçın…
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
07 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə yola salınan köç ünvana çatıb
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Zabux: kənd də şəhər kimidir...
02 Aprel, 2026 / Mətbuat xidmətinin məlumatı
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
31 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Xocavənd şəhərinə növbəti köç karvanı yola salınıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Köç karvanı Xocavənd şəhərinə çatıb
19 Mart, 2026 / Mətbuat xidmətinin məlumatı
Növbəti köç karvanı Xanabad kəndinə çatıb









