"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2228
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşdur.
Mətbuat xidmətinin məlumatı 19 May, 2011
Azərbaycanda səfərdə olan BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş 2011-ci il mayın 18-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşmüşdür. Əli Həsənov qonağı yenidən Azərbaycanda salamlamağından məmnunluğunu ifadə etmiş, xatırlatmışdır ki, o, 2006-cı ildə Azərbaycana səfərindən sonra ölkəmiz, burada görülən işlər barədə ədalətlə danışmış, olduğu ölkələrdə Azərbaycan həqiqətlərindən söz açmışdır. Baş nazirin müavini qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində görülmüş işlər barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev indiyədək bu məsələ ilə bağlı üç sərəncam imzalamışdır. 2004-cü il 1 iyul tarixli “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, həmin Proqrama edilmiş əlavələr uğurla icra olunur. Komitə sədri məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər barədə Prezidentin 2011-ci il 21 fevral tarixli Sərəncamından irəli gələn məsələlər barədə də ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınmış, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüşdür. 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarca rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmişdir. Bu gün siz yeni salınmış məhəllə ilə yanaşı, yataqxanalardan birində də oldunuz. Vəziyyət o qədər də ürəkaçan deyildir. Hazırda 400 min məcburi köçkün həmin şəraitdə yaşayır. İndiyədək qaçqın və məcburi köçkünlərə 3,7 milyard manat vəsait sərf olunmuşdur. Bunun 2,1 milyard manatı dövlət büdcəsindən, 860 milyon manatı Dövlət Neft Fondundan, 740 milyon dolları isə beynəlxalq humanitar təşkilatlar tərəfindən ayrılan vəsaitdir. Azərbaycan dövləti sülh müqaviləsi imzalanandan sonra “Böyük qayıdış” proqramının icrasına başlayacaqdır. Əli Həsənov bu proqramın parametrləri barədə məlumat vermişdir. Antonio Quterreş qonaqpərvərliyə, təmsil etdiyi qurumun və özünün ünvanına deyilən səmimi sözlər üçün minnətdarlığını bildirmişdir. Azərbaycan qaçqınların və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün böyük işlər görmüsdür və bu işlər yüksək qiymətə layiqdir. Əlbəttə, bölgələrdə qəsəbələr salmaq asan məsələ deyildir. Lakin məni bu qəsəbələrdə məskunlaşmadan sonrakı vəziyyət maraqlandırır. Bu sahədə sistemli qərarlar qəbul edilməlidir. Bizim iştirakımızla hazırlanıb qəbul olunan qərarların icrasında da iştirak etmək istəyirik. Sülh müqaviləsi imzalanandan sonra məcburi köçkünlərin geri qayıtmasında əlimizdən gələn köməyi əsirgəməyəcəyik. Qonaq xatırlatmışdır ki, bu il BMT-nin iki konvensiyasının yubileyi qeyd ediləcəkdir. Bu sənədlərdən birinin qəbulundan 60, digərininkindən isə 50 il keçir. Mən sizi yubiley konfransında görmək, qonaqlar qarşısında çıxış etməyinizi istərdim. Sizin qaçqınlar və məcburi köçkünlərlə bağlı təcrübəniz hamı üçün maraqlı olardı. Antonio Quterreş miqrasiya xidməti məmurlarının maaraifləndirilməsinə xidmət edən “Keyfiyyət təşəbbüsü”nə Azərbaycanın da qoşulmasını arzulamışdır. Bildirmişdir ki, hazırda Avropa İttifaqının 13 ölkəsi bu təşəbbüsün iştirakçısıdır.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib