"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1907
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş Ağdam və Yevlax rayonlarına səfər etmişdir.
Mətbuat xidmətinin məlumatı 19 May, 2011
Antonio Quterreş: “Ümidvaram ki, Azərbaycana növbəti səfərimdə məcburi köçkünləri öz doğma yurdlarında salamlayacağam” Azərbaycana ikigünlük səfəri çərçivəsində BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş 2011-ci il mayın 18-də Bakıdan vertolyotla Ağdam rayonuna gəlmişdir. Baş nazirin müavini, Qaçqınların və Məcburi Koçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qonağa Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemləri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Xüsusi Dövlət Proqramı və ona əlavələr qəbul edilmiş, məcburi köçkünlər üçün yeni qəsəbələr salınmış, müasir yaşayış kompleksləri tikilmişdir. Prezident İlham Əliyevin bu sahəni daim diqqətdə saxlaması və məqsədyönlü siyasəti nəticəsində 2007-ci ilin dekabrında ölkəmizdəki sonuncu qaçqın düşərgəsi ləğv olunmuşdur. Ümumilikdə, bu günə qədər qaçqın və məcburi köçkünlər üçün bütün infrastruktura malik 67 yeni qəsəbə salınmışdır. Bu qəsəbələrdə məcburi köçkünlərin məşğulluq məsələlərinə xüsusi diqqət yetirilmişdir. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlər bu gün də uğurla davam etdirilir. Ağdan rayonunun Quzanlı kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbəyə gələn qonaqları sakinlər mehribanlıqla qarşılamışlar. Onlara məlumat verildi ki, qəsəbə 2010-cu ilin noyabrında istifadəyə verilmişdir. Qəsəbənin açılışında Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişlər. Qəsəbədə inşa olunmuş 689 evdə 2760 nəfər məcburi köçkün məskunlaşmışdır. Qəsəbədə bütün infrastruktur yaradılmışdır. Qonaqlar məcburi köçkün Oruc Cabbarovun 4 otaqlı mənzilinə baş çəkmiş, ailənin şəraiti ilə tanış olmuşlar. Sonra ali komissar qəsəbədəki Ağdam rayon 18 nömrəli məktəbinin həyətində məcburi köçkünlərlə görüşmüşdür. Məcburi köçkün Qədulla Səfərov qonağa onların görüşünə gəldiyinə görə minnətdarlıq etmişdir. BMT-nin Liviya ilə bağlı qərarının tez bir zamanda icra olunmasını xatırladan Q.Səfərov, uzun illərdir ki, BMT TŞ-nin Azərbaycanla bağlı qəbul etdiyi 4 qətnaməsinin hələ də kağız üzərində qalmasından narazılığını bildirmişdir. Məcburi köçkünlər qarşısında çıxış edən A.Quterreş demişdir ki, mən heç vaxt qaçqın olmasam da, sizi yaxşı başa düşürəm və sizə böyük hörmətlə yanaşıram. Sizin probleminiz yaddan çıxmayıb və biz də yaddan çıxarmayacağıq. Hökumətinizin bu işə sadiqliyi nəticəsində sizin üçün çox yaxşı şərait yaradılmışdır. Mən dünyanın bir çox yerlərində qaçqınların çox ağır vəziyyətdə yaşadığını görmüşəm. Nə yaxşı ki, sizə bu cür gözəl şəraiti yaradan insanlar vardır. Mən inanıram ki, siz öz doğma yurdunuza dönəcəksiniz. Sonra qonaqlar məktəblə tanıış olmuşlar. BMT QAK-ın nümayəndələri məktəbdəki informatika kabinetində olmuş, idman zalına baxmışlar. Qonaqlar məktəbin müasir kompyuter otağında gördüklərindən razı qalmışlar. İdman zalında isə yeniyetmə idmançıların nümunəvi çıxışları olmuşdur. Antonio Quterreş məktəblilərlə söhbət etmiş, onlarla xatirə şəkli çəkdirmişdir. BMT QAK-ın nümayəndələri elə həmin gün Yevlax rayonunda da olmuşlar. Ali komissar və onu müşayiət edən şəxslər Yevlax şəhərində Ağdam və Kəlbəcərdən olan məcburi köçkünlər üçün yeni salınmış çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinə baş çəkmişlər. Qonaqlara məlumat verilmişdir ki, burada doqquzmərtəbəli 10 binada 612 ailə məskunlaşmışdır. Məhəllədə məcburi köçkünlərlə görüşdə qonağa bu yaşayış kompleksində lazımi şəraitlə təmin olunmalarına baxmayaraq, onlar yenə də də öz doğma ev-eşiklərinə qayıtmaq istədiklərini bildirmiş, qonaqdan Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmasını xahiş etmişlər. Qonaqlar ağdamlı məcburi köçkün Şahmar Göyüşovun 4 otaqlı mənzilindəki şəraitlə tanış olmuş, çay süfrəsi arxasında onların problemləri ilə maraqlanmışlar. 23 nömrəli Ağdam, 30 nömrəli Kəlbəcər orta məktəbinin həyətində keçirilən görüşdə məcburi köçkünlər dövlətin onlara qayğısından razılıqlarını bildirmişlər. Ermənistanın işğalçı siyasətini davam etdirmələrindən, beynəlxalq hüququn tələblərinə məhəl qoymamalarından narahatlıqlarını ifadə etmişlər. Nə qədər gözəl şəraitləri olsa da, bütün bunlar doğma yurdu əvəz edə bilməz, - deyən məcburi köçkünlər ali komissardan Azərbaycanın haqq səsini beynəlxalq səviyyədə müdafiə etməyi xahiş etmişlər. Görüşün sonunda A.Quterreş ümidvar olduğunu bildirdi ki, Azərbaycana növbəti səfərində məcburi köçkünləri öz doğma torpaqlarında salamlayacaqdır.
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Ağdam şəhərinə çatıb
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Təbiətin Kəlbəcər səsi...
26 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Ağdam şəhərinə 417 nəfər köçdü
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç karvanı yola salınıb
25 May, 2026 / Mətbuat xidmətinin məlumatı Böyük Qayıdış: Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 535 nəfər köçdü
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov WUF13-də mina təhlükəsinin Böyük Qayıdış prosesinə təsirindən danışıb
22 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocavənd şəhərinə növbəti köç olub
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
21 May, 2026 / Mətbuat xidmətinin məlumatı Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
20 May, 2026 / Mətbuat xidmətinin məlumatı Fuad Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə yeni məskunlaşma planları təsdiqlənib”
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində AzQAC və IFRC Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib
19 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanları Xocalı rayonunun Badara, Təzəbinə, Xanabad, Ballıca, Xanyurdu və Daşbulaq kəndlərinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
16 May, 2026 / Mətbuat xidmətinin məlumatı Cəbrayıl və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Köç karvanları Zəngilan şəhərinə və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
15 May, 2026 / Mətbuat xidmətinin məlumatı Xocalı rayonunun Badara, Xanabad, Ballıca və Xanyurdu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib